Rəşad Hüseynov: Maliyyə mənbələrinin şaxələdirilməsi çox vacibdir

2

Bu gün dünyada qloballaşmanın gətirdiyi sosial-iqtisadi gərginlik fonunda QHT-lərin müxtəlif sahələrdə fəaliyyətinə daha çox ehtiyac duyulur. Bu baxımdan Azərbaycanda da aparılan islahatlar çərçivəsində vətəndaş cəmiyyətinə ehtiyac və QHT-lərin rolu da gündən-günə artır.

Bu ehtiyac təkcə Azərbaycanla bağlı deyil, Avropa ölkələrində də vətəndaş cəmiyyətləri daha çox sosial məsələlərin həllinə diqqət ayırmaqdadır.Əlbəttə ki, sosial sahədə layihələrin həyata keçirilməsi üçün davamlı maliyyə mənbələrinin olması da vacib amildəndir. Effektiv fəaliyyət və daha yaxşı nümunələr üçün qanunvericiliyin inkişafı, xarici təcrübənin tətbiqi və bu istiqamətdə birgə fəaliyyət də gərəklidir.QHT TV-nin əməkdaşı SOS” uşaq kəndləri təşkilatının milli direktoru Rəşad Hüseynov ilə görüşərək qeyd olunan mövzu ətrafında onun fikirlərini öyrənib.- Əvvəlcə Rəşad Hüseynov təmsil etdiyi “SOS Uşaq Kəndləri Təşkilatı” haqqında məlumat verib.- Müsahibimiz xarici ölkələrdə bu tip sosial layihələrlə bağlı təcrübə haqqında da fikirlərini bölüşüb.- Rəşad Hüseynov hazırda QHT-lərin maliyyələşmə imkanları və bu sahədə müşahidə olunan problemlərə də diqqəti çəkib. Ekspert QHT qanunvericiliyi ilə bağlı dəyişikliklərin labüd olduğunu bildirib- Müsahibimiz ötən dövr ərzində bəzi donorlarla ilə əlaqələrin kəsilməsinə baxmayaraq, QHT-lər tərəfindən ölkəyə maliyyə cəlb edilməsi istiqamətində imkanların mövcud olduğunu diqqətə çatdırıb.- Ekspert bizimlə söhbətində bəzən qəbul olunan mütərəqqi qərarların da icrasında qeyri peşəkarlığın olması nəticəsində bu qərarlara da kölgə salındığını dilə gətirib.- Rəşad Hüseynov QHT-lərə mümkün güzəştlərlə bağlı fikirlərini bildirərək, bu güzəştlərin mənfi və müsbət cəhətlərinə diqqəti çəkib.- Sonda müsahibimiz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı öz təkliflərini də irəli sürüb.
Reportaj Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi tərəfindən həyata keçirilən “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsi çərçivəsində hazırlanıb.

2 thoughts on “Rəşad Hüseynov: Maliyyə mənbələrinin şaxələdirilməsi çox vacibdir

  1. Geri izləmə: naza24

Comments are closed.

Next Post

“Peşəkar Mühasib” layihəsi çərçivəsində təlimlər yekunlaşıb

Şb Dek 5 , 2020
Share on Facebook Tweet it “Gənc Mühasiblər” İctimai Birliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsi çərçivəsində təlimlər uğurlu şəkildə yekunlaşmışdır.Məqsədi, ölkənin peşəkar kadr ehtiyatının gücləndirilməsinə dəstək, bu sahədə təhsil alan və fəaliyyət göstərən gənc mühasiblərin bir araya toplanıb elmi və şəxsi inkişafları ilə bağlı […]

Əlaqəli yazılar

Kateqoriyalar