Layihə çərçivəsində təlim baş tutub

1

“Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Peşəkar Mühasib” layihəsinin Gəncə və Xaçmazdan olan iştirakçılarla son təlimi baş tutmuşdur.  19.11.2020-ci il tarixində baş tutan və mövzusu “Vergi Məcəlləsinin mühasibat uçotunda yeri” olan təlimə Gəncədən 20, Xaçmazdan 10 nəfər iştirakçı qatılmışdır. Təlimçi İsa Şəfiyev təlimin yekununda iştirakçıların suallarını cavablandırmışdır. Təlim iştirakçıların iştirakı ilə interaktiv şəkildə həyata keçirilmişdir. “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Gənclər Fonduna öz dərin təşəkkürünü bildirmişdir.Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmış və iştirakçılar xoş sözlərini bildirərək belə təlimlərin sayının artmasını vurğulamışdırlar. İştirakçılar eyni zamanda bu fürsəti yaratdığı üçün Azərbaycan Respublikası Gənclər Fondu və “Gənc Mühasiblər” İctimai Birliyinə təşəkkürlərini bildirmişdirlər.

One thought on “Layihə çərçivəsində təlim baş tutub

Comments are closed.

Next Post

“Gənc Mühasiblər” "Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi" layihəsinə yekun vurub

Ca Noy 19 , 2020
Share on Facebook Tweet it “Gənc Mühasiblər” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi, əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulması və bu sahədə şəffaflığın təmin […]

Əlaqəli yazılar

Kateqoriyalar