“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq Və Tanıdaq” layihəsinin icrasına start verilib

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq Və Tanıdaq” adlı  layihəsinin icrasına  start verib. 
Layihə çərçivəsində bir qrup gənclərlə Qazax rayonunda 44 Günlük Vətən Müharibəsində şəhid olmuş Qəhramanlarımızın məzarları və ailələri ziyarət olunacaqdır. 
Layihə barəsində şəhidlərimizin ailə üzvlərinə ətraflı məlumatlar veriləcək, şəhidlərimizin xatirəsinə həsr olunmuş Qol güləşi və atıcılıq turnirləri təşkil olunacaqdır. 
Layihəmizin əsas məqsədi – gənclərin 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ zamanı olan şəhidlərimizin xatirəsini daim yad etmək, onların ailələrinə mənəvi dəsək olmaq, gənclər arası vətənpərvərlik hislərinin aşılanması, pis vərdişlərdən uzaqlaşmaları, gənclərin sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkili, gənclərin bədən tərbiyəsi və idmana yönəlmələrinə xidmət göstərməsidir. Xatirə turnirləri zamanı təbliğatda  kütləviliyə nail olmaq əsas məqsədlərdən biri olacaqdır. 
 Layihədə könüllü olaraq qoşulmaq istəyən gənclər azer_an @yahoo.com email vasitəsi ilə müraciət edə bilərlər.

Next Post

“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı layihənin icrası davam edir

Ça Okt 26 , 2021
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 26.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonu Çaylı və Bala Çaylı kəndlərindən olan  5 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.QHT.az xəbər verir ki, ziyarət […]

Kateqoriyalar