“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı layihənin icrası davam edir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 26.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonu Çaylı və Bala Çaylı kəndlərindən olan  5 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.
QHT.az xəbər verir ki, ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin Xatirəsinə həsr olunmuş keciriləcək Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Daha sonra cıxış  Gənclər və İdman idarəsinin rəis müavini Namazov Şahin və Çaylı kənd bələdiyyəsinin sədri Pirverdiyev Muqavil bu cür layihələrin önəmindən danışmışdırlar. 
Tədbirdə iştirak edən Qazilər Fəqan Nəsibov,Nicat Mərdanov və Eldar Şıxməmmədov 44 günlük Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşdürlər.
Ziyarət olunan şəhidlərimiz.1.Şəhid Səbuhi Hümbət oğlu Məmmədov 1995-ci il martın 6-da Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Vətən müharibəsi zamanı Oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə”,”Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur 2. Niftalı Zakir oğlu Qocayev1994-cü il noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Niftalı Qocayev Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” ,”Xocavəndin azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.3. İsmayıl Nəbi oğlu Qəsəbov 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan İsmayıl Qəsəbov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə noyabrın 7-də şəhid olub.  Qazax rayonunun Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” ,  “Xocavəndin azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.4. Sakit Şahin oğlu Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Sakit Allahverdiyev Vətən müharibəsi zamanı. Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur . Qazax rayonu  Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.5. Əvəz Elnur oğlu Məmmədov 2001-ci il iyunun 1-də Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əvəz Məmmədov Vətən müharibəsi zamanı oktyabrın 7-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonu  Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Next Post

“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

Ca Okt 28 , 2021
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 27.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonu Ağköynək və Qarapapaq  kəndlərindən olan  3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət […]

Əlaqəli yazılar

Kateqoriyalar