
20 sentyabr tarixində Xaçmaz rayonunda “Sağlamlığa Xidmət” İctimai birliyinin təşəbbüsü və Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlkin Səhiyyə Xidməti sahəsində çalışan tibb işçilərinin və ümumi əhalinin İcbari Tibbi Sığorta mexanizmi barədə məlumatlılığının artırılması” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçiriləcək.
Tədbirin məqsədi rayon əhalisini və ilkin səhiyyə xidməti əməkdaşlarını, o cümlədən tibb işçilərini İcbari Tibbi sığorta sistemi barədə məlumatlandırmaqdır. Tədbirdə İcbari tibbi sığorta mexanizmi haqqında əhatəli təqdimat ediləcək, bu sistem barədə iştirakçıları maraqlandıran suallar cavablandırılacaqdır.
Tədbir saat 11:00-da Xaçmaz Regional Mədəniyyət və Turizm idarəsində, rayon əhalisi və tibb işçilərinin iştirakı ilə ictimai müzakirə şəklində davam edəcəkdir.
Maraqlı şəxslər tədbirə dəvət olunurlar.