“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi şəhidlərin ailələrini ziyarət edib

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Cəfərli və Xanlıqlar  kəndindən olan 3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər  Namiq Alıyev , Əliyev Xəyyam, Fəqan Nəsibov ,Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllü Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər.   Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.
Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Nicat Qəşəm oğlu Nəsibov  1998-ci il yanvarın 1-də Qazax rayonunun Cəfərli kəndində anadan olub. 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Nicat Nəsibov 2020-ci il oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Noyabrın 1-də Qazax rayonunun Cəfərli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2. Şəhid  Qismət Oruc oğlu Həməşəyev 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub Azərbaycan Ordusunun leytenantı olan Qismət Həməşəyev 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub.”Vətən uğrunda” ,”Döyüşdə fərqlənməyə görə“, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
3. Şəhid  Elşən Ehtiram oğlu Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub.”Vətən uğrunda” “Cəbrayılın azad olunmasına görə” ,”Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Next Post

“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

Ça Noy 2 , 2021
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində   44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Xanlıqlar  kəndindən olan 2 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” […]

Əlaqəli yazılar

Kateqoriyalar