“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində   44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Xanlıqlar  kəndindən olan 2 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər  Namiq Alıyev , Əliyev Xəyyam, Fəqan Nəsibov ,Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllü Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər.     Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.
Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Amid Müqabil oğlu Məmmədov  1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Amid Məmmədov 2020-ci il noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” medalı  medalları ilə təltif olunmuşdur.2. Şəhid  1995-ci il iyunun 25-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub . Atası — Pərviz İsgəndərov da şəhiddir. Azərbaycan Ordusunun çavuşu olan Pərvin İsgəndərov 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.

Next Post

“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq”

Ca Noy 4 , 2021
Share on Facebook Tweet it Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində   44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Canallı və Hüseynbəyli kəndindən olan 2 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən […]

Əlaqəli yazılar

Kateqoriyalar