Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Canallı və Hüseynbəyli kəndindən olan 2 şəhidimizin məzarları və ailələri ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər Namiq Alıyev , Eyyubov Muşviq , Fəqan Nəsibov , könüllü Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər. Şəhidimizin yaxınları göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən QMİ–nin Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.Ziyarət olunan şəhidlərimiz.1. Şəhid İlkin Bəxtiyar oğlu Əliyev 2001-ci il fevralın 26-da Qazax rayonunun Canalı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İlkin Əliyev 2020-ci il 15 noyabrda Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseyinbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” ,”Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.2. Şəhid Röyal Şahin oğlu Mədətov 1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “İgidliyə görə” , “Xocavəndin azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Next Post
3 şəhidimizin məzarları və ailələri ziyarət olunub
C Noy 5 , 2021
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Aşağı Əksipara , Soflu və Qızılhacılı kəndindən olan 3 şəhidimizin məzarları və ailələri ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin […]

Əlaqəli yazılar
-
05 Dekabr 2020
“Peşəkar Mühasib” layihəsi çərçivəsində təlimlər yekunlaşıb