“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində  05.11.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər  Namiq Alıyev , Eyyubov Muşviq , Fəqan Nəsibov ,Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllülər Əliyev Emin və Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər.

     Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua verdilər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.
Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Elvin Rövşən oğlu Orucov  1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseinbəyli  kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.2. Şəhid İmamverdi Yoloğlu oğlu  1989-cu il mayın 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 2004-2007-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsilini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan İmamverdi İsmayılov 2020-ci il sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” medalla və  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur. 3. Şəhid Sərxan Elxan oğlu Abdullayev  1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli , “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Next Post

QHT şəhid ailələrini ziyarət edib

Bz Noy 7 , 2021
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində  06.11.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin […]

Əlaqəli yazılar

Kateqoriyalar