QHT şəhid ailələrini ziyarət edib

1

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində  06.11.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.
Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər  Namiq Alıyev , Eyyubov Muşviq , Fəqan Nəsibov ,Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllülər Əliyev Emin və Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər.
     Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua verdilər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.
Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Adil Qədir oğlu Əfəndiyev  1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın oktyabrın 21-də Şuşa döyüşləri gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində şəhid olub. Oktyabrın 25-də Qazax şəhər  qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.2. Şəhid İlqar Yaşar oğlu Hüseynov 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri İlqar Hüseynov 2020-ci il sentyabrın 28-də Ağdam rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Qazax rayonunun Hüseyinbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda”  “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur 3. Şəhid Xaliddin Zəkər oğlu Veyisli 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseyinbəyli kənd qəbiristanlığında dəfn olunub . “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” ,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

One thought on “QHT şəhid ailələrini ziyarət edib

Comments are closed.

Next Post

Şəhidlərin xatirəsinə həsr olunmuş Qol Güləşi üzrə turnir kecirilib

Be Noy 29 , 2021
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində  28.11.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunuş Qol Güləşi üzrə turnir kecirilmişdir.    […]

Əlaqəli yazılar

Kateqoriyalar