“Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” layihəsi davam edir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 01.03.2022-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Aslanbəyli, Qaymaqlı, Yuxarı Salahlı , Orta Salahlı və Daş Salahlı  kəndlərindən olan  7 şəhidimizin məzarları ziyarət olunmuşdur.
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Atıcılıq və Mini futbol yarışlarına dəvət edilmişdir.
Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini,I dərəcəli Qarabağ müharibəsi qazisi Aliyev Namiq,ehtiyatda olan zabit mayor Fərzəliyev Rəşad,Qol güləşi üzrə Avropa cempionu Mustafayev İsmayıl, Qaymaqlı kənd bələdiyyəsi Məmmədov Cəbrayıl,Aslanbəyli kənd İ.Ə.D.-nın nümayəndəsi Pirməmmədov Məhəmməd,Yuxarı Salahlı kənd İ.Ə.D.-nın nümayəndəsi Şəmşiyev Nəsib və digər qonaqlar zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.Tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.
Ziyarət olunan şəhidlərimiz.
1. Şəhid Sərxan İslam oğlu Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub . Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il oktyabrın 31-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Aslanbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Xocavəndin azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2. Şəhid  Asəf Səfəralı oğlu Nəsibov 25 fevral 1994-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Asəf  Nəsibov 2020-ci il oktyabrın 29-da Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub. Qazax rayonunun Qaymaqlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə”,
“Qubadlının azad olunmasına görə” ,”Laçının azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
3. Şəhid  Teymur Zaur oğlu Hacıyev 1991-ci il yanvarın 28-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan Ordusunun baş giziri olan Teymur Hacıyev 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli ,”Vətən uğrunda” ,”Döyüşdə fərqlənməyə görə” ,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
4. Şəhid  Elmar İsa oğlu Bayramlı 1998-ci il sentyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun leytenantı olan Elmar Bayramlı 2020-ci il sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” ,
“Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
5. Şəhid  Taleh Temraz oğlu Abdullayev 1993-cü il fevralın 8-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Taleh Abdullayev 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” ,
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
6. Şəhid Anar Həmzə oğlu Vəliyev 2002-ci il iyulun 21-də Qazax rayonunun Orta Salahlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Anar Vəliyev 2020-ci il
oktyabrın 11-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Orta Salahlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
7. Şəhid Mayis Rəhim oğlu Yaqubov 1998-ci il aprelin 20-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.  2015-2019-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.Azərbaycan Ordusunun leytenantı olan Mayis Yaqubov 2020-ci il oktyabrın 17-də Xocavənd döyüşləri zamanı şəhid olub . Qazax rayonunun Daş Salahlı kənd Şəhidlər xiyabanında dəfn olunub. “Azərbaycan Ordusunun 100 illiyi” yubiley , “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Next Post

<p><strong>QHT şəhid ailələrini  ziyarət edib</strong></p>

Ç Mar 2 , 2022
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 02.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayon Fərəhli,Alpoud,Dəmircilər ,  Qizil Hacılı və Ürkməzli kəndlərindən olan  10 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur. […]

Kateqoriyalar