Şəhidlərimizin məzarı ziyarət olunub

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 03.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayon Cəfərli,Xanlıqlar  kəndlərindən və Qazax rayonundan olan  9 şəhidimizin məzarları ziyarət olunmuşdur.
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Atıcılıq və Mini futbol yarışlarına dəvət edilmişdir. Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini, I dərəcəli Qarabağ müharibəsi qazisi Aliyev Namiq, ehtiyatda olan zabit mayor Fərzəliyev Rəşad, Qol güləşi üzrə Avropa cempionu Mustafayev İsmayıl, Cəfərli  kənd İ.Ə.D.-nın nümayəndəsinin müavini Əliyev Afiq , Xanlıqlar  kənd İ.Ə.D.-nın nümayəndəsi Çobanov Ayət və digər qonaqlar zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.
Tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.
  Ziyarət olunan şəhidlərimiz.
1. Şəhid Nicat Qəşəm oğlu Nəsibov  1998-ci il yanvarın 1-də Qazax rayonunun Cəfərli kəndində anadan olub. 2012-2015-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Azərbaycan Ordusunun leytenantı olan Nicat Nəsibov 2020-ci il oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Noyabrın 1-də Qazax rayonunun Cəfərli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2. Şəhid  Qismət Oruc oğlu Həməşəyev 1988-ci il noyabrın 3-də Rusiya Federasiyasının Rostov şəhərində anadan olub Azərbaycan Ordusunun leytenantı olan Qismət Həməşəyev 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub.”Vətən uğrunda” ,”Döyüşdə fərqlənməyə görə“, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
3. Şəhid  Elşən Ehtiram oğlu Orucov 1991-ci il avqustun 6-da Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elşən Orucov 2020-ci il
noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub.”Vətən uğrunda” “Cəbrayılın azad olunmasına görə” ,
“Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
4. Şəhid Amid Müqabil oğlu Məmmədov  1987-ci il aprelin 2-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Amid Məmmədov 2020-ci il noyabrın 3-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” medalı  medalları ilə təltif olunmuşdur.
5. Şəhid Tahir Niyazi oğlu İsmayılov  1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Tahir İsmayılov 2020-ci il oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” ,
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
6. Şəhid Timur Nurəddin oğlu Əliyev 1984-cü il mayın 29-da Özbəkistanın  Çirçig şəhərində anadan olub . Azərbaycan Ordusunun çavuşu olan Timur Əliyev 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
7. Şəhid  Elçin Məcid oğlu Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il
noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
8. Şəhid  Mərdanov Məmməd Ələddin oğlu  1988-cü il fevralın 18-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 22 sentyabr 2021-ci il tarixdə Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində şəhid olub.
9. Şəhid Adil Qədir oğlu Əfəndiyev  1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2012-2018-ci illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan hərbi tibb qulluqçusu Adil Əfəndiyev 2020-ci il sentyabrın oktyabrın 21-də Şuşa döyüşləri gedişatında həmin istiqamətdə strateji yüksəkliklərin azad olunması zamanı Xocavənd rayonunun Tuğ kəndində şəhid olub. Oktyabrın 25-də Qazax şəhər  qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” ,
“Şuşanın azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” , “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Next Post

QHT Agentliyinin dəstəyi ilə Qazax rayonunda vətənpərvərlik layihəsi icra olunur

C Mar 4 , 2022
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 04.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayon Ağköynək, Qarapapaq , Xanlıqlar  kəndlərindən və Qazax rayonundan olan 7 şəhidimizin məzarları ziyarət olunmuşdur. Ziyarət […]

Kateqoriyalar