“Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində yarışlar davam edir

1
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində yarışlar davam edir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın ikinci günündə “B” qrupunun oyunları baş tutub. “Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda 21 komandanın heyətində 105 nəfər şagird və tələbə mübarizə aparıb. Səsləndirilən 20 suala ən çox cavab verən 8 komanda – “Vadi” (Qazax şəhər M.Hüseyn adına məktəb lisey), “Mübariz” (BDU Qazax filialı), “Nicat” (Cəfərli kənd M.Dilbazi adına tam orta məktəb), “Dəli Kür” (Sarıvəlli kənd Ş.Nəsibova adına tam orta məktəb), “Uğur” (Kosalar kənd İ.Şıxlı adına tam orta məktəb), “Hermes” (BDU Qazax filialı), eləcə də, müstəqil “Dejavu” və “Məşədibaba” komandaları 11 mart tarixində təşkil olunacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, sabah keçiriləcək yarımfinal mərhələsində ümumilikdə 15 komanda finala vəsiqə uğrunda mübarizə aparacaq.
Onu da qeyd edək ki, layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.

One thought on ““Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində yarışlar davam edir

Comments are closed.

Next Post

“Zəfər kuboku” intellektual turniri davam edir

C Mar 11 , 2022
Share on Facebook Tweet it Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi sona doğru yaxınlaşır.  QHT.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər […]

Əlaqəli yazılar

Kateqoriyalar