Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi sona doğru yaxınlaşır.
QHT.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın üçüncü günündə yarımfinal oyunları baş tutub. “Nə? Harada? Nə zaman?” formatı üzrə təşkil olunan yarışda “A” və “B” qruplarından çıxmış 15 komanda mübarizə aparıb. Səsləndirilən 15 suala ən çox cavab verən 4 komanda – “Scorpions” (BDU Qazax filialı), “Vadi” (Qazax şəhər M.Hüseyn adına məktəb lisey), “F4T” (“Effort” – müstəqil) və “Nicat” (Cəfərli kənd M.Dilbazi adına tam orta məktəb) komandaları 12 mart tarixində təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb.
Onu da qeyd edək ki, layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.




