“Zəfər kuboku” intellektual turniri layihəsi başa çatıb

2
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi başa çatıb. 
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın sonuncu günündə final mərhələsi baş tutub. “Breyn rinq” formatı üzrə təşkil olunan yarışda yarımfinal mərhələsində ən çox xal toplamış 4 komanda mübarizə aparıb.
 Səsləndirilən 15 suala ən çox doğru cavab verən “F4T” (“Effort” – müstəqil) komandası yarışın qalibi adını qazanıb. Bakı Dövlət Universitetinin Qazax filialının “Scorpions” komandası II, Qazax şəhər M.Hüseyn adına məktəb liseyin “Vadi” komandası isə III pillədə qərarlaşıblar. Qalib komanda kubokla, I, II, III yerləri tutan komandaların üzvləri isə müvafiq diplom və medallarla təltif olunublar.
Qeyd edək ki, layihə 01 may 2022-ci il tarixdə yekunlaşacaq.

2 thoughts on ““Zəfər kuboku” intellektual turniri layihəsi başa çatıb

  1. Geri izləmə: aksara178 link alternatif

Comments are closed.

Next Post

Qazaxda şəhidilərin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir kecirilib - FOTO

Ca Mar 31 , 2022
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində  31.03.2022-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir Qazax […]

Əlaqəli yazılar

Kateqoriyalar