
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyi 01.09.2022-ci il tarixdən 01.11.2022-ci il tarixədək “ Narkotiksiz sağlam həyat” adlı layihəsinin icrasına başlamışdır.
Layihənin əsas məqsədi- Qazax və Ağstafa rayonlarında insanların xüsusəndə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq məqsədi ilə idman yarışlarının təşkili.
Gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək.
İdman yarışları cərcivəsində təşkilatımız NARKOTIKSIZ SAĞLAM HƏYAT devizi altında Boks və Atıçılıq turnirləri təşkil edəcəkdir. Əziz Qazax gəncləri ,yeniyetmələri gəlin Narkotiksiz sağlam həyat tərzinin təbliğatını birlikdə edəyin.