Layihə çərçivəsində növbəti tədbir Qazax rayonunun İkinci Şıxlı  kəndində keçirilib – FOTO

2

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi  ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin  icrası çərçivəsində Qazax rayonunun  7 secilmiş kəndində sakinlərlə görüş nəzərdə tutulmuşdur.

Layihənin dördüncü tədbiri Qazax rayonunun İkinci Şıxlı  kəndində keçirilmiş və həmin kəndin  sakinləri ilə görüşülmüşdür.  Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda  insanların xüsusəndə gənclərin  narkomaniyaya  qarşı maarifləndirilməsində  kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği  məqsədi ilə idman yarışlarının  , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, İkinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Natiq Qədimov  və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu  Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.
Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.

 

2 thoughts on “Layihə çərçivəsində növbəti tədbir Qazax rayonunun İkinci Şıxlı  kəndində keçirilib – FOTO

Comments are closed.

Next Post

Basic Life Skills layihəsi çərçivəsində ikinci təlim təşkil olunub - FOTOLAR

C Sen 23 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1451/#cnJyLTEtMzAweDI Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində ikinci təlim təşkil olunub. QHT.az xəbər verir ki, İkinci təlim günündə fasilitator Elmar Rzalının […]

Əlaqəli yazılar

Kateqoriyalar