İctimai Birlık Kür çayı ərazilərində ətraf mühitin qorunmasını ictimai nəzarətə götürür

2
Salyan rayonunda fəaliyyət göstərən “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Kür çayı ərazilərində ətraf mühitin qorunması istiqamətində maarifləndirici tədbirlərin təşkilinə dəstə layihəsinin icra planına uyğun olaraq maarifləndirici tədbirlərə başlamışdır.
Azadmedia.az xəbər verir ki, ilk dəyirmi masa Kür çayı sahilində yerləşən şəhər 6 saylı tam orta məktəbində təşkil edilmişdir.

Məktəbin müəllim və şagirdlərindən, ərazidə yaşayan sakinlərdən ibarət 25 nəfərdən çox iştirakçı layihənin istiqamətinə uyğun söhbətin dinləyicisi olmuşlar. Öncə sentyabr ayının 12-də erməni təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Məktəbin direktoru Yeganə Cəfərova “Ana Kür” İctimai Birliyinin icrasına başladığı layihənin mahiyyəti barədə danışmış və uğurlu icra üçün hər çür kömək göstərə biləcəklərini bildirmişdir.
İctimai Birliyin sədri və layihə rəhbəri Rüstəm Məlikov icrasına start verilmiş layihənin ideya və məqsədləri, layihə çərçivəsində görüləcək işlər, gözlənilən nəticələr barədə məlumat vermiş, iştirakçıları layihənin fəaliyyət planı ilə tanış etmişdir.

Diskussiya şəraitində keçən dəyirmi masada qeyd edilmişdir ki, Kür çayının ekoloji vəziyyəti getdikcə pisləşməkdədir. Ərazidə biomüxtəliflik məhv olub gedir. Çayın suyu içmək üçün artıq yararsızdır. Söhbətə qoşulan sakinlər yerli xarakterli nümunələr gətirməklə Kür çayı boyu ərazilərdə ətraf mühitin mühafizəsinə göstərilə bilən dəstəkdən danışmışlar. Qeyd edilmişdir ki, problemin bir yolu da yerlərdə maarifləndirmədən keçir.

Sonda mövcüd şəraitin ictimai nəzarətə götürülməsi zərurəti barədə təkiliflər səsləndirilmişdir

2 thoughts on “İctimai Birlık Kür çayı ərazilərində ətraf mühitin qorunmasını ictimai nəzarətə götürür

  1. Geri izləmə: sahabatqq

Comments are closed.

Next Post

QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edib

Bz Sen 25 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1487/#Nzc3Ny0zMDB4MjA “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kəndində sakinlərlə görüş nəzərdə tutulmuşdur. Layihənin beşinci tədbiri Qazax rayonunun Yuxarı Salahlı kəndində keçirilmiş və həmin kəndin sakinləri ilə […]

Əlaqəli yazılar

Kateqoriyalar