“Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsi davam edir

Diqqət! Sabunçu rayonu Maştağa qəsəbəsində «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası davam edir.

18 Oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mailiyə dəstəyi ilə «Oriqami» Uşaq və Yeniyetmələr İctimai Birliyi tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində icra olunan «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsi çərçivəsində C.Cabbarlı adına 187 № li tam orta məktəbin 4 «e» sinfində təhsil alan 30 şagirdin iştirakı ilə rollu, süjetli, öyrədici, hərəkətli oyun keçirilib.

 

Öyrədici oyun zamanı «Oriqami» təşkilatı sərəncamında olan yol hərəkəti qaydalarının öyrənilməsi üçün çoxfunksiyalı xüsusi avadanlıq dəstinin vasitəsi ilə yol situasiyaları modeli qurmuşdu. Hərəkətli oyun prosesində məktəblilər yol nişanlarını tanıma və onlara əməl etmə, piyadaların yolun səki hissəsindən istifadəsi qaydalarını, yol ayrıcından düzgün istifadə etmə, nəqliyyatın hərəkət etdiyi yola çıxarkən diqqəti olma, piyadaların, yolu keçərkən, işıqfordan düzgün istifadəsi kimi situasiyalarda aktivlik və düzgün davranış nümayiş etdirmişlər.

Məktəbin 8-ci sinif şagirdlərindən bir qrupu Aslanzadə Sevinc, Quliyev Nihad, Rzayeva Nigar, Ələsgərov Əlyar öyrədici oyun zamanı öz kiçik məktəbli dostlarına nəqliyyatın keçdiyi küçə, yol, dayanacaq və s. işıqforun tənzimləyici rolu, yol situasiyalarında baş verə bilən hallar barədə izahlar vermiş, onlarla sual-cavab aparmış, rollu oyun keçirmişlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları A.Əsgərli, R.Əhmədli, Z.İsmayılov, Sabunçu rayonu Yol Polisinin əməkdaşları Y.Piriyev, E.Ağayev yol hərəkəti qaydalarının öyrənilməsinə dair təşkil olunmuş situativ, öyrədici, hərəkətli oyunda iştirak etmişlər. Polis mayoru A.Əsgərli məktəblilərlə bir neçə yol situasiyası qurmuş və onlara bu hallar baş verdikdə düzgün davranış üsulunu izah etmiş, tövsiyyələrini bildirmişdir.

Layihə iştirakçısı olan 30 məktəblinin hər biri öyrədici oyunun mərhələlərində fərdi aktivlik göstərmişlər. Oyun şagirdlərin coşqun marağına səbəb olmuşdur, Zalda bu mənzərəni müşahidə edən valideynlər də övladlarının yolda təhlükəsizliyinə istiqamətlənmiş layihədə iştirakından məmnunluq ifadə etmişlər.

C.Cabbarlı adına 187 № li tam orta məktəbin direktoru Gülnarə Məmmədova, Oriqami QHT-nin sədri, layihə rəhbəri Namiq Nəcəfov, Polis mayoru Araz Əsgərli və digər yol polisi əməkdaşları, eləcə də tədbirə dəvət olunmuş qazilər Xalıqov Ələsgər, Haşımov Əli, Xüdaverdiyev Əzim məktəbin 4 «e» sinif şagirdinin hər birinə loqolu papaq, loqolu qısaqol köynək, « 4 Yol ayrıcı» oyun dəsti, Hədiyyə çantası, rəsm albomu, qələm, dəftərçə, rəngli kağız və karton təqdim etmişlər.

Tədbirdə aparılan video və foto çəkilişi zamanı bütün maraqlı məqamlar qeydə alınmışdır. Məktəblilərdə böyük maraq doğurmuş «Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!» layihəsinin icrası davam edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Next Post

"İcraetmə bacarıqları" mövzusunda təlim keçirilib - FOTO

Ça Okt 18 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1568/#SU1HXzMwNjMtMzA Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Əsas Həyat Bacarıqları” (Basic Life Skills) layihəsi çərçivəsində doqquzuncu təlim təşkil olunub.    Doqquzuncu təlim günündə fasilitator Elmar Rzalının təqdimatında daha bir […]

Əlaqəli yazılar

Kateqoriyalar