“Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib

2

“Arabaçı” Əlillər Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının dəstəyilə sentyabrın 13-də Sabunçu rayonu yeni Ramana Qəsəbəsi 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib.

QHT.az xəbər verir ki, tədbiri keçirməkdə əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə yönəlib. Torpaqlarımızın 20%-nin işğal altında olduğu bir vaxtda eləcə də müasir dövrdə müxtəlif ideologiyaların, gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir. Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, orta və ali məktəblərdə vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində işlər aparılsa da vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu sahədə valideynlərin də öhdəsinə çox böyük işlər düşür. Hər bir valideyn cəmiyyət üçün, vətən üçün layiqli vətəndaş yetişdirməlidir. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaq, yeniyetmə və gənclər arasında vətənpərvərliyin təbliğidir.

2 thoughts on ““Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçirilib

  1. Geri izləmə: Trustbet

Comments are closed.

Next Post

Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ça Sen 17 , 2019
Share on Facebook Tweet it “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsinin icrasını davam etdirir. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti maarifləndirmə tədbiri Quba rayonunda baş tutub. QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Müvəkkil Hüquq […]

Əlaqəli yazılar

Kateqoriyalar