Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Əczaçılar Klubu ictimai birliyinin birgə həyata keçirdiyi Sağlam həyat, sağlam gələcək adlı layihənin növbəti tədbiri kollektivin xahişi ilə təkrar olaraq yenə də 1 nömrəli tibb kollecində reallaşdı.
QHT.az xəbər verir ki, tədbir qarşılıqlı sual cavab şəklində keçdi, tələbələrin suallarına cavab verildi. Narkomaniya və onun fəsadları, müalicəsi, bu bəladan qurtulrmağın yolları və s. mövzusunda əczaçılar Aynur xanım və Elmar müəllim çıxış etdilər. Əczaçılar Klubu ictimai birliyinin sədri Şövqi Bunyatov tədbirdə çıxış etdi və yaratdığı şəraitə görə kollecin rəhbərliyinə, şəxsən direktor Nailə Əliyevaya təşəkkür etdi