“İstedadlı Əlillər” Ictimai Birliyi layihə çərçivəsində növbəti tədbiri keçirib

1

11 Noyabr 2022-ci il tarixində, Sabunçu rayon Ramana qəsəbəsində yerləşən Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə əmək Reabilitasiya Mərkəzində “İstedadlı Əlillər” Ictimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Mərkəzdə peşə təhsili alan Əlilliyi olan gənclərə “Əlilliyi olan şəxslərin iqtisadi aktivliyinin dəstəklənməsi: sahibkarlıq təşəbüslərinin təşviqi və mövcud mexanizmlərdən yararlanma bacarıqlarının artırılması” adlı təlim tədbiri təşkil etdii.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Qubad Qasımov layihə barədə geniş məlumat verdi. Qubad Qasımov bildirdi ki, Bakı şəhəri Binəqədi rayonu, Xəzər rayonu, Yasamal rayonu və Sabuncu rayonlarında tədbirlərin keçirilməsi nəzərdə tutulur və layihə 3 ay davam edir. Layihənin məqsədi əhalinin aztəminatlı sosial qruplarından olan əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət proqramlarından biri olan özünəməşğulluq proqramlarında əlil vətəndaşlarının iştirakçılığının artırılması yolu ilə onların rifahı ilə şəxsi bacarıqları arasında funksional asılılığı artırmaqdır.

Layihənin eksperti Rəşad Həsənov tədbirdə əlilliyi olan şəxslərə özünəməşğulluq proqramının mahiyyəti, əhəmiyyəti, onların sosial rifahı üçün ortaya qoyduğu imkanlar, proqramdan yararlanmağın üstünlükləri, proqrama müraciət etmə və iştirak qaydaları, ailə təsərrüfatı və yaxud kiçik biznesin yaradılması üçün təmin edilən dəstək və s. bu kimi məsələlər haqqında geniş və ətraflı məlumat verdi.

Tədbirdə,Mərkəzin rəhbəri,SXA-nin numayəndəsi Rahilə Həsrətova tədbirn məkan olaraq kecirilməsində mərkəzin ev sahbliyi etdiyindən məmunlğunu bildirdi, iştrakcılarını salamlıyaraq sözü gedən layihənin aktuallığını və vacibliyin bildirdi. DTSERA-nin İdarə Heyyətinin sədr müşaviri Qəniyeva Nərmin,ƏƏSMN-nin tabeliyində DMA-nin BRMF-in təhlil və tərəflaşlarla iş şöbəsinin əməkdaşı Elmurad Məmmədov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı KOB Dostu Səyid Abasov, DOST Xidmətləri Departamentinin Xidmətlərin Təşkili Şöbəsinin böyük mütəxəssisi Əşrəf Qurbanov, “Arabaçı Əlillər Şəbəkəsi”İ.B-nin təsisçisi İlham Məhərrəmov və əlilliyi olan şəxslər,44günlük Zəfər qələbəsində sağlamlıqlarını itirmiş Qazilər iştirak etdilər.

Tədbir çərçivəsində özünüməşğulluq proqramı geniş müzakirə edilərək, Dövlət Məşğulluq Agentliyinin və ƏƏSMN-nin tabeliyində DMA-nin Məşğulluq Departamentinin işsiz şəxslərlə iş şöbəsinin əməkdaşı Xəyyam İsmayılov və müvafiq sosial qrupların təmsilçiləri ilə onların gündəlik həyat fəaliyyələrində üzləşdikləri çətniliklər, sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi haqqında təklifləri və sualları ətrafında müzakirələrlə davam etdirildi.

Sonda Layihənin rəhbəri Qubad Qasımov layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin yekun tədbirinə qədər İƏİB-nin daim yanında olub, əməkdaşlıq etdiyi DMA-nin idarə heyyətinin sədri Mustafa Abbasbəyliyə, DOST Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədova, KOBİ Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova və tədbirlərin kecirilməsində məkan olaraq yüksək şərait yaratdığı ücün ƏƏSMN-nin tabeliyində SXA-nin İdarə Heyətinin sədri Vüqar Behbudova və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

 

Fotolar

One thought on “ “İstedadlı Əlillər” Ictimai Birliyi layihə çərçivəsində növbəti tədbiri keçirib

  1. Geri izləmə: Nicorette

Comments are closed.

Next Post

 “Yol hərəkəti  təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası davam edir

Ca Noy 17 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1690/#c1BqWEd2VFFlOTR Diqqət! “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası i davam edir 15 Noyabr 2022-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Cavid Nurməmmədov adına 108 №-li tam orta məktəbdə “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək !” layihəsinin yekun tədbiri keçirilmişdir. Layihə Azərbaycan Respublikasının […]

Əlaqəli yazılar

Kateqoriyalar