“Yol hərəkəti  təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası davam edir

2

Diqqət! “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası i davam edir
15 Noyabr 2022-ci il tarixində Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Cavid Nurməmmədov adına 108 №-li tam orta məktəbdə “Yol hərəkəti təhlükəsizliyi qaydalarına əməl edək !” layihəsinin yekun tədbiri keçirilmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Oriqami ” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən icra olunur.

Tədbirdə həmin məktəbin 30 nəfər dördüncü sinif şagirdləri, onların valideynləri, məktəbin pedaqoji heyətinin üzvləri Quliyeva İ., metodbirləşmə sədri Aslanova A., Maştağa Bələdiyyəsinin üzvləri Əliyeva G.,Rzayeva Ş., ibtidai sinif müəllimləri Kazımova X., Mahmudova M., Abbaslı S., Rzayeva A., Sabunçu rayonu YAP-nın nümayəndəsi Əliyeva G., psixoloq Bayramova T, tibb bacısı Ağabəyli Z., Babayeva G.,Sabunçu rayonu Yol Polisi əməkdaşları Hüseynov S. və Ağamaliyev N. İştirak etmişlər.

Dördüncülər tədbirə hazırlıq mərhələsində , mövzu ilə bağlı şeirlər əzbərləmiş, mahnı öyrənmiş, rəngli kağız, rəngli karton üzərində yol nişanlarının rəsmlərini və valideynlərin köməyi ilə bir neçə işıqfor hazırlamışdılar.

Layihədə C.Nurməmmədov adına 108 № li tam orta məktəbin yuxarı sinif şagirdləri İsmayılov İ., Məmmədov Ə., Babayev Ə., Vahabova S., Əliyeva A., Mirzəzadə E., Dadaşzadə N., İslamova Z., Heybətova S., Ağasiyeva S. Könüllülər Qrupu tərkibində aktiv iştirak etmişlər.

“Oriqami” uşaq birliyi uşaqların yol hərəkətinin təhlükəsizliyi qaydaları barədə, layihə prosesində, öyrəndikləri yeni vərdişləri, qaydalara ciddi əməl olunması və yola çıxarkən düzgün davranış göstərilməsi barədə əldə etikləri qabiliyyət və bacarıqların nümayişi olaraq, piyadaların 4 yol ayrıcında davranışını, yoly keçmək üçün piyada zolağından istifadə etməyi,işıqforun işıqlarından düzgün istifadə etməyi nümayiş etdirmələri üçün xüsusi avadanlıq vasitəsi ilə dekorasiya qurmuşdu. Uşaqlar diqqət və bacarıq göstərərək , yolu keçir, işıqfordan düzgün istifadə edir və rəmzi olaraq aşırma geyimdə olan qız və oğlanlar- “nəqliyyat vasitələri” üçün hadisə törətmirdilər. Hesab edirik ki, bu layihənin uğurudur. Tədbirin sonunda, valideynlərin önündə, hər bir iştirakçıya – 30 nəfərə, hədiyyə dəstləri təqdim edildi.

 

2 thoughts on “ “Yol hərəkəti  təhlükəsizliyi qaydalarına əməl edək!” layihəsinin icrası davam edir

  1. Geri izləmə: get passport online
  2. Geri izləmə: พอต

Comments are closed.

Next Post

“Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirilib

C Noy 18 , 2022
Share on Facebook Tweet it http://grant.az/?p=1694/#NWI1MWM0ZTI0OTk Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirildi.   Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata […]

Əlaqəli yazılar

Kateqoriyalar