“Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirilib

4

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində “Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirildi.

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində 16 noyabr 2022-ci il tarixində Bakı QHT Resurs və Təlim Mərkəzinin akt zalında tədbir keçirildi.

 

Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni çıxış edərək tədbiri açıq elan etdi.

 

Öz çıxışında layihənin əsas məqsədi haqqında məlumat verdi. Layihənin məqsədi Bakı QHT Resurs və Təlim Mərkəzinin üzvü olan QHT rəhbərlərinin və personalının professional idarə etmə qabiliyyətlərinin artırılması üçün institusional (informativ, metodiki təşkilatı və digər) dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir.

 

Daha sonra, ölkədə mövcud narkomaniya halları haqqında məlumat verdi və narkomaniyaya qarşı mübarizə üçün bütün QHT-ləri səfərbər olmağa çağırdı.

 

Tədbirdə iştirak edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun nümayəndəsi Vasif Quliyev çıxış edərək ölkədə statistikanı dinləyicilərin diqqətinə çatdırıb.

 

Belə ki, Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından istifadə edənləri sayı əvvəlki illərə nisbətən azalma müşahidə olunur.

 

Lakin istifadə edənlərin sayı hədsiz çoxdur. Daha sonra, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində görülən işlər haqqında məlumat verib.

 

Daxili İşlər Nazirliyi yanında Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Nadir Məmmədov çıxış edərək idarənin fəaliyyəti haqqında məlumat verib. Eyni zamanda qeyd etmişdir ki,

narkomaniyaya qarşı mübarizədə sosial media üzərindən də işlər görülür.

 

Belə ki, səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır.

 

Daha sonra, Bakı Şəhəri İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Pirallahı Rayon İcra Hakimiyyəti və Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri çıxış edərək narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılmışdır.

 

Tədbirdə iştirak edən “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “Ailələrə sosial dəstək” İctimai Birliyinin sədri Esmira Rəhimova, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik Abbas da müvafiq dövlət qurumlarına müraciət edərək narkomaniyaya qarşı mübarizədə birgə əməkdaşlıq nəticəsində daha effektiv və səmərəli işlər görülməsi haqqında təkliflər irəli sürdülər.

4 thoughts on ““Narkomaniyaya qarşı mübarizə” adlı tədbir keçirilib

  1. Geri izləmə: bacon999
  2. Geri izləmə: spin238
  3. Geri izləmə: agen bola online

Comments are closed.

Next Post

Şabranda ekoloji mühitin qorunmasına dair layihənin icrası davam edir

Ça Noy 22 , 2022
Share on Facebook Tweet it Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai birliyi Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şabran rayonunda ətraf mühitin qorunması, yaşıllıqların artırılması və meşələrin mühafizəsinin ekoloji tarazlıqın təmin olunmasında mühüm rolu” mövzusunda təbliqat və təşviqat işlərinin təşkili layihəsinin […]

Əlaqəli yazılar

Kateqoriyalar