Müvəkkil Hüquq Mərkəzi maarifləndirilmə tədbirlərini yekunlaşdırıb

1
Müvəkkil Hüquq Mərkəzi “Vergi islahatları ilə bağlı region sahibkarlarının maarifləndirilməsi” layihəsi çərçivəsində regionda sonuncu tədbirini keçirib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində bu dəfəki maarifləndirmə tədbiri Qusar rayonunda keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə çıxış edən Müvəkkil Hüquq Mərkəzinin sədri və layihə rəhbəri Səməd Vəkilov bildirib ki, layihənin məqsədi sahibkarların vergi qanunvericiliyi sahəsində aparılan dəyişikliklərə bağlı maarifləndirilməsindən ibarətdir.
Səməd Vəkilov çıxışında qeyd edib ki, vergi islahatının həyata keçirilməsində əsas məqsəd sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, Vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsindən ibarətdir.
 Layihə rəhbəri qanunvericiliklə sahibkarlara verilən yeni güzəştlərlə bağlı ətraflı məlumat verib.
Daha sonda çıxış edən Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev bildirib ki, prezidentin rəhbərliyi ilə aparılan islahatlar çərçivəsində sahibkarlara bütün sahələrdə dəstək göstərilir. Bu dəstəyin bir forması da qanunvericilik ilə sahibkarlara əlavə güzəştlərin verilməsindən ibarədir.
Tədbirin sonunda yerli sahibkarların sualları cavablandırılıb.Tədbir iştirakçılarına “Sahibkarın vergi bələdçisi” adlı buklet paylanılıb.

One thought on “Müvəkkil Hüquq Mərkəzi maarifləndirilmə tədbirlərini yekunlaşdırıb

Comments are closed.

Next Post

Qol güləşi üzrə turnir keçiriləcək

Ça Sen 17 , 2019
Share on Facebook Tweet it Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai birliyi “Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq”adlı layihəsinin icrası çərçivəsində gənclər və yeniyetmələr arası “Qəhramanlar unudulmur” devizi altında Qol Güləşi üzrə açıq Qazax rayonturniri kecirəcəkdir. Turnir 22.09.2019-cu il tarixdə saat 12-00 da Qazax Olimpiya İdman Kompleksində […]

Əlaqəli yazılar

Kateqoriyalar