Agentliyin dəstəyi ilə Göygöl Gənclər Mərkəzində maarifləndirmə sessiyası təşkil olunub

6

Agentliyin dəstəyi ilə Göygöl Gənclər Mərkəzində maarifləndirmə sessiyası təşkil olundu.

“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacaq) dəstəklənməsi» layihəsinin icrasını davam etdirir.

 

Layihə çərçivəsində 18 noyabr 2022-ci il tarixində Göygöl Gənclər Mərkəzində «İnsan alveri nədir?» mövzusunda maarifləndirmə sessiyası təşkil olundu.

İlk təqdimatı təşkilatın rəhbəri Kubra Ələkbərova etdi.

 

O donor və həyata keçirilən layihə haqqında geniş məlumat verildi.  Layihə rəhbəri Südabə Məmmədova bildirdi ki, dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrün ən aktual problemlərindən biri olaraq qalmaqdadır. Əksər dövlətlər problemin kökündə dayanan sosial, iqtisadi, mədəni, siyasi amillərin aradan qaldırılması, insan alverinin bütün formalarına qarşı mübarizənin sərtləşdirilməsi, qurbanlarına hərtərəfli yardım göstərilməsi istiqamətində zəruri addımlar atırlar.

Azərbaycanda bu sahədə mükəmməl qanunvericilik bazası, maarifləndirmə sistemi mövcuddur. Bununla bağlı beynəlxalq təşkilatlarla da işbirliyi həyata keçirilir. Ölkəmizdə müxtəlif illəri əhatə edən Milli Fəaliyyət planları haqqında geniş məlumat verərək qeyd etdiki, bu çərçivədə insan alverinə qarşı mübarizə, insan alveri qurbanlarının müəyyənləşdirilməsi və onların cəmiyyətə inteqrasiya sahəsində çox ciddi addımlar atılır.

Həmçinin o, insan alveri və məişət zorakılğı qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə 2013-cü ildən etibarən Gəncə şəhərində «Təmas» RIIB-nin nəzdində fəaliyyət göstərən “İnsan alveri və insan alverinin potensial qurbanlarına xidmət edən regional reinteqrasiya reabilitasiya mərkəzinin (sığınacağın)» fəaliyyəti haqqında geniş məlumat verdi. Qeyd etdi ki, mərkəz-sığınacaqdan gender əsaslı zorakılıqdan əziyyət çəkən, həssas vəziyyətdə olan qadın və uşaqlara hüquqi və psixoloji yardımlar, sosial xidmətlər göstərilir, ehtiyacı olanlar təhlükəsiz sığınacaqla təmin olunular.

Tədbirdə mərkəzdə sosial işçi kimi fəaliyyət göstərən Tamaşa Tağızadə sığınacaqda göstərilən xidmətlər, zorakılıqdan zərərçəkmiş qadın və uşaqların normal həyat tərzinə qaytarılması məqsədilə onlara hüquqi yardımın göstərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji, tibbi və peşə reabilitasiyası üçün həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat verdi.

 

 

6 thoughts on “Agentliyin dəstəyi ilə Göygöl Gənclər Mərkəzində maarifləndirmə sessiyası təşkil olunub

  1. Geri izləmə: xo666
  2. Geri izləmə: go right here
  3. Geri izləmə: henry coal miner edition
  4. Geri izləmə: Cornhole boards for sale

Comments are closed.

Next Post

“Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İB “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsinin yekun tədbirini keçirib

Ç Apr 26 , 2023
Share on Facebook Tweet it “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Kəndli qadınların sahibkarlıq təşəbbüsünə dəstək” layihəsinin yekun tədbiri baş tutdu. QHT.az xəbər verir ki, Tədbir benefisiarların uğurlu sahibkar qadınla görüşünün təşkili ilə başladı. Görüş çərçivəsində […]

Əlaqəli yazılar

Kateqoriyalar