Kür-Xəzər “Təbiəti qoruyaq” aksiyasını davam etdirir

“Kür-Xəzər”  Xeyriyyə İctimai Birliyi Azərbaycan Respublikasının  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şirasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində təbliğat tədbirlərinin təşkili” layihəsinin icrasınıı davam etdirir.
Layihə çərçivəsində növbəti təbliğat kompaniyası Beta Tea Azerbaycan müəssisəsində keçirilib.
Tədbirdə çıxış edən “Kür-Xəzər”  Xeyriyyə İctimai Birliyinin sədri, layihə rəhbəri Akif Kərimov layihənin mahiyyətindən danışıb.
A.Kərimov bildirib ki, bu gün bütün dünya bizim ümumi evimiz olan yer planetinin sağlam, ekoloji cəhətdən təmiz olması üçün bütün neqativ hallara qarşı mübarizə aparmlıdır.
Ekologiyamıza sağalmaz yara vuran amillərdən biri də sellofan torbalardan istifadədir. Bu torbalar uzun müddət çürümür və torpağın, dənizin və ümimiyyətlə Ana təbiətin çirklənməsinə səbəb olur.
Təşkilat sədri qeyd edib ki, eyni zamanda layihə çərçivəsində dərzilik kursları təşkil edilib. Və kurs iştirakçıları tərəfindən ekoloji təmiz, orqanik məhsullardan ibarət torbalar hazırlanıb.
Tədbirin sonunda  ekoloji təmiz çantalar şirkət əməkdaşlarına təqdim edilib.
   

Next Post

“Ekoloji Maarifçilik Monitorinq” İctimai Birliyi Seminar təşkil edib

Ca Sen 26 , 2019
Səbail rayon İcra Hakimiyyətində Ekoloji Maarifçilik Monitorinq İctimai Birliyinin (EMMİB), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dənizkənarı ərazilərdə ekoloji normalara uyğun monitorinqin keçirilməsi” layihəsi çərçivəsində seminar təşkil edilib. Seminar layihə çərçivəsində Səbail və Binəqədi rayonlarının  dənizkənarı ərazilərində təşkil edilmiş monitorinqin nəticələrinin müzakirəsinə […]

Kateqoriyalar