Şura vakansiya elan edir-hüquqşünas

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi hüquqşünas və beynəlxalq əlaqələr üzrə mütəxəssis vəzifəsinə işçi qəbulunu elan edir.
1. Katibliyin hüquqşünası,
Vəzifə funksiyaları
 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Katibliyin fəaliyyətinin hüquq və qanunvericilik təminatını həyata keçirir;
Daxil olan sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını və cavablandırılmasını təmin edir;
İşçi heyətin əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulmasını təmin edir, kadr fəaliyyətinin hüquqi təminatı ilə bağlı zəruri tədbirlər görür; əmr, sərəncam və qərarların qanuna uyğun tərtibatını həyata keçirir;
 Şuranın iclaslarının protokollaşdırılmasını həyata keçirir;
Şuranın fəaliyyəti ilə bağlı hüquqi aktların layihəsinin hazırlanmasını təmin edir;
Daxil olan sənəd layihələrinin hüquqi ekspertizasını təmin edir;
 Müqavilə layihələrini hazırlayır və daxil olan müqavilə layihələrini ekspertiza edir;
Şura üzvlərinin və Katiblik əməkdaşlarının hüquqi xarakterli sorğularını cavablandırır;
Vəzifə maaşı: 1255 manat
Vəzifənin tutulmasına dair tələblər
Ali təhsil (hüquqşünalıq ixtisası üzrə)
Hüquqşünalıq ixtisası üzrə azı 3 il təcrübə
Təşkilatçılıq səriştəsi
Problem həll etmə səriştəsi
Qərar vermə qabiliyyəti
Yaradıcılıq və təşəbbüskarlıq qabiliyyəti
Maraqlanan şəxslər ərizə və aşağıda qeyd olunan digər sənədlərlə 20 oktyabr 2019-cu il saat 17:00-dək c.aliyeva@cssn.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər:
– şəxsiyyət vəsiqəsinin surəti
– kadrlar uçotunun şəxsi vərəqəsi
– ali təhsil haqqında sənədin surəti
– əmək kitabçasının surəti (olduğu təqdirdə)
– rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Next Post

Şura vakansiya elan edir-beynəlxalq əlaqələr üzrə mütəxəssis

Ç Okt 2 , 2019
Share on Facebook Tweet it Katibliyin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Vəzifə funksiyaları Azərbaycan Respublikasının əməkdaşlıq etdiyi ölkələrlə və beynəlxalq təşkilatlarla qeyri-hökumət təşkilatları sahəsində əlaqələrin qurulması və inkişaf etdirilməsində iştirak edir; Müxtəlif inkişaf tempinə malik ölkələrdə qeyri-hökumət təşkilatları sahəsində dövlət siyasətinin tənzimləyici əsaslarını öyrənir və bu istiqamətdə müqayisəli təhlillər aparır, arayış, […]

Əlaqəli yazılar

Kateqoriyalar