
Tovuz rayon Gənclər Evində keçirilən tədbirdə”Gənclərin Həmrəyliyi” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib.
Sonra Kazım Məmmədov gənclərə könüllülük nədir, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru barədə təlim keçib.
Tədbir interaktiv və həvəsləndirici oyunlarla davam edib.
Sonda təlimdə iştirak edən 30 gəncə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən sertifikat təqdim olunub.