
QHT.az xəbər verir ki, Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən tədbirdə “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva layihə haqqında məlumat verib. Şəmkir Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Kənan İbrahimov təlimin Şəmkirdə könüllü gənclərin uğurlu fəaliyyətini qeyd edərək təlimə uğurlar arzulayıb.
Sonra Kazım Məmmədov gənclərə könüllülük nədir, könüllülüyün cəmiyyətin inkişafına töhfəsi, onun gənclərin inkişafında və karyerasında uğuru və könüllülüyün inkişafının Azərbaycan modeli barədə təlim keçib. Tədbir qruplarla iş, interaktiv və həvəsləndirici oyunlarla və çay süfrəsi ətrafında müzakirələrlə davam edib.Sonda təlimdə iştirak edən 25 gəncə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən sertifikat təqdim olunub.
One thought on ““Gənclərin Həmrəyliyi” İctimai Birliyinin növbəti təlimi baş tutub”
Comments are closed.