Vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və hüquqşünasların nəzərinə!

 Noyabr ayında Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı yenidən təlimlərə başlayır!

Təlimlər BMT-nin insan hüquqları sistemi və müəssisələri, eləcə də onların insan hüquqlarına dair iştirak mexanizmlərində rolu barədədir.

Təlimlərdə iştirakçılar aşağıdakı vəsaitlərlə təmin olunacaq:

• BMT-nin xüsusi orqanları və mandatlarının, eləcə də BMT-nin müqavilə orqanlarının yekun qeydlərinin xülasəsi;

• Azərbaycanın sahə üzrə ən son dövri hesabatlarına baxışların keçirilməsindən sonra qəbul edilmiş Yekun Qeydlər;

• Milli tərəfdaşların BMT-nin İnsan Hüquqları mexanizmlərində iştirak yollarının xülasəsi;

• Müqavilə orqanlarının qəbul etdiyi Ümumi Şərhlər və Ümumi Tövsiyələrdən ibarət vəsaitlər toplusu;

Ödənişsiz təlimlərdə iştirak etməkdə maraqlı şəxslər 1 noyabr 2019-cu il tarixindən gec olmayaraqöz tərcümeyi hallarını (CV) raliyev@ohchr.org elektron poçt ünvanına göndərməlidir.

Təlimlərin dəqiq tarixləri tezliklə elan olunacaq.

Next Post

Quba şəhərində pulsuz hüquqi və psixoloji xidmətlər təşkil olunacaq

Ça Noy 5 , 2019
Məlumat üçün bildirmək istərdik ki, 01 oktyabr 2019 tarixlərindən başlayaraq Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının və Niderland Krallığının Xarici Nazirliyinin dəstəyi ilə həyata keçirilən Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək proqramı çərçivəsində Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü icra edilir. Bu fəaliyyət çərçivəsində aztəminatlı ailələrin üzvlərinə davamlı […]

Kateqoriyalar