Quba şəhərində pulsuz hüquqi və psixoloji xidmətlər təşkil olunacaq

5
Məlumat üçün bildirmək istərdik ki, 01 oktyabr 2019 tarixlərindən başlayaraq Qafqaz Tədqiqat Resurs Mərkəzi – Gürcüstan təşkilatının və Niderland Krallığının Xarici Nazirliyinin dəstəyi ilə həyata keçirilən Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək proqramı çərçivəsində Sumqayıt və yaxın regionlarda “Aztəminatlı ailələrə hüquqi yardımın təşkili” təşəbbüsü icra edilir.
Bu fəaliyyət çərçivəsində aztəminatlı ailələrin üzvlərinə davamlı və keyfiyyətli hüquqi və psixoloji yardımlar göstəriləcəkdir. Xidmətlər Sumqayıt şəhərində yerləşən Mərkəzdə həyata keçirilir (Ünvan: Sumqayıt şəhəri, 1-ci mikrarayon, bina 45B. Tel: (018) 64 -2 – 48 – 27) Fəaliyyət çərçivəsində xidmətlərin səyyar formada Sumqayıt şəhəri ətraf regionlarında da təşkili nəzərdə tutulmuşdur.
 23 noyabr 2019-cu il tarixində saat 10:00-dan saat 15:00 kimi Quba şəhəri, Y.Qasımov küçəsi 9 ünvanında yerləşən “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi”-ində Quba şəhəri və ətraf rayonların sakinlərinə pulsuz hüquqi və psixoloji yardımlar göstəriləcəkdir. Xidmətlərdən yararlanmaq istəyən bütün şəxslər müraciət edə bilərlər (Əlaqə Mob (050) 300 87 88).

5 thoughts on “Quba şəhərində pulsuz hüquqi və psixoloji xidmətlər təşkil olunacaq

  1. Geri izləmə: cornhole
  2. Geri izləmə: trustbet

Comments are closed.

Next Post

Şura “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan etdi

Ça Noy 5 , 2019
Share on Facebook Tweet it http://grant.az/?p=486/#c2VsaXMtMzAweDE Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi edir. QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri […]

Əlaqəli yazılar

Kateqoriyalar