Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi “İmadədin Nəsiminin 650 illik yubileyinə” həsr olunmuş tədbirləri davam etdirir

Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin növbəti tədbiri 60 saylı “Tərəqqi” liseyində keçirmişdir.

VMGİB Mətbuat Xidməti bildirir ki, tədbiri ilk olaraq giriş sözü ilə açan “Tərəqqi” liseyin direktoru, professor Nasim Abışov layihəni həyata keçirən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinə (VMGİB), onun rəhbəri Dəyanət Həsənova, layihə rəhbəri Nəsimi Qarabağlıya və tədbirdə qonaq qismində iştirak edən Vətəndaş Cəmiyyəti nümayəndəlirinə, mətbuat və QHT rəhbərlərinə öz dərin minnətdarlığını bildirərək sözü VMGİB-in prezidenti Dəyanət Həsənova vermişdir. VMGİB-in rəhbəri öz növbəsində xüsusi olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına layihənin dəstəkləndiyi üçün və liseyin direktoru, professor Nasim Abışova, müəllim və şagird kollektivinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün birlik adından təşəkkürünü bildirdi. Dəyanət Həsənov Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil idarəsinədə hər zaman layihələrin məktəblərdə həyata keçirlməsinə müsbət rəy bildirdiklərinə görə xüsusi təşəkkürünü bildirdi.

Nəsimi ili haqda danışarkən, D.Həsənov bildirdi ki, Nəsimi Azərbaycan xalqının milli sərvətidir! İmadədin Nəsiminin Azərbaycan ədəbi mühitinə verdiyi töhvələr misilsizdir.
Onun qəzəl və şerləri hər zaman öz fəlsəfi anlamıyla ədəbiyyatşunasların elmi araşdırmalarına səbəb olmuşdur. Daha sonra VMGİB rəhbəri layihə haqda geniş məlumat vermək məqsədilə sözü VMGİB-nin təsisçisi, layihə rəhbəri Nəsimi Qarabağlıya vermişdir. N.Qarabağlı
layihə haqda şagirdlərə ətrafll bilgi verərək bildirmişdir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İ.Nəsiminin anadan olmasının 650 illiyi tamam olması münasibətilə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Elə bu səbəbdən dövlət və qeyri dövlət qurumlarında, “Nəsimi ili” nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. 

VMGİB-də bundan çıxış edərək, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini təqdim etmiş və layihə Şura tərəfindən dəstəklənmişdir. Layihə rəhbəri bildirmişdir ki, layihənin məqsədi siz şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirlərindən, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsindən və onun Azərbaycan ədəbiyyatına qoyub getdiyi zəngin ədəbi şer-qəzəl dünyasından tanış olmaqdır. Təsadüfi deyil ki, Nəsimi adının mənası mərdlik və dönməzlik simvolu kimi yaşamaqdadır.

Daha sonra, təşkilat tərəfindən şagirdlərin birgə hazırladıqları Nəsimi yaradıcılığına və həyatına həsr edilmiş yazılar, video görüntülər, şagirdlərin Nəsiminin qəzəllərindən ibarət hazırladıqları səhnəciklər, onların ifasında Nəsimi qəzəlləri “Məndə sığar iki cahan” Hardasan”, “Ağrımaz” “Yanaram”, 6A sinif şagirdlərinin ifasında xor şəklində “Sığmazam” və sairləri səsləndirilmişdir. Layihə boyunca Nəsimi yaradıcılığı ilə bağlı qarşılıqlı diskusiyalar aparılmışdır.
Şagirdlər arasında ən fəalları Babaşova Fatimə, Rzazadə Cəlal, Salmanova Gülçin, Məmmədzadə Sürəyya, Ələkbərova Dilbər, Səfərli Məltəm və 6A sinif şagirdləri VMGİB-in Fəxri Fərmanı ilə təltif edildilər.

Layihə çərçivəsində hazırlanmış bukletlər, qeyd kitabçaları və qələmlər şagirdlərə paylanmışdır. Dəvət olunan digər QHT lər, “Dünya Azərbaycanlılarınln Vətənpərvərləri” İctimai Birliyinin, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin, “Çanaqqala” elmi-humanitar İctimai Birliyinin, “Ədib” İctimai Birliyinin və media nümayəndələrinində iştirak etdikləri layihə öz işguzarlığıyla yadda qaldı. 60 saylı “Tərəqqi” liseyində çay süfrəsi arxasında diskusiya şəklində davam etdirilən layihə, sonda şagirdlərlə birgə xatirə şəkilləri çəkdirilərək yekunlaşdı. Qeyd edək ki, layihə davam edir.

Next Post

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş növbəti tədbir Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbində keçirildi

Ç Dek 4 , 2019
VMGİB Mətbuat Xidmətindən daxil olan xəbərdə deyilir ki, Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinin (VMGİB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsinin növbəti tədbirini Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbində keçirmişdir. […]

Kateqoriyalar