
“İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyilə “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili” layihəsinin icrasına başlayıb.
Təşkilatın sədri Cəsarət Hüseynzadə bildirib ki, layihənin məqsədi əlilliyi olan şəxslərin inteqrasiyasına kömək etmək və onların fiziki, əqli potensiallarının üzə çıxarılması məqsədilə məlumat və maarifləndirici xarakterli tədbirlərin həyata keçirilməsidir.
Layihə çərçivəsində Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədi ilə 10 videomaterialların (verilişlərin, reportajların hazırlanması və canlı yayımların təşkili) hazırlanması, internet TV və sosial şəbəkələr vasitəsilə yayımı nəzərdə tutulur.