Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsinin icrasına başlayıb.Təşkilatdan verilən məlumatda qeyd edilir ki, layihə 3 ay müddətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi  QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin  öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir.Bu məqsədlə QHT-lərin fəaliyyəti və maliyyə mənbələri ilə bağlı milli və xarici qanunvericiliyin, praktikanın araşdırılması və bu istiqamətdə müzakirələrin təşkili həyata keçiriləcək. Qeyd olunan istiqamətdə həmçinin  8 veriliş (reportajlar,  müsahibələr və canlı yayımlar) təşkil olunacaq və 1 videorolik hazırlanacaq.Eyni zamanda layihə çərçivəsində qabaqcıl ölkələrdə QHT-lərin fəaliyyətinin təmizləyən hüquqi çərçivə haqqında məlumatlar toplanaraq, ixtisaslaşmış saytda xüsusi bölməyə daxil ediləcək.Layihənin sonunda qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı təkliflər müvafiq qurumlara təqdim olunacaq. 

Next Post

Fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib

Ça Sen 15 , 2020
Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir. QHT.az xəbər verir ki, sentyabrın 15-də  layihə çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib.  Onlayn tədbiri Gənc […]

Kateqoriyalar