Fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib

2

Gənc Mühasiblər İctimai Birliyi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi” layihəsini davam etdirir. 
QHT.az xəbər verir ki, sentyabrın 15-də  layihə çərçivəsində Şamaxı rayonunda fəaliyyət göstərən fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib. 

Onlayn tədbiri Gənc Mühasiblər İctimai Birliyinin icraçı direktoru Rəvan Cəfərli açaraq, layihə və təşkilat haqqında geniş məlumat verib. İcraçı direktor  eyni zamanda təlimlərə dəstək  göstərdiyi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə dərin təşəkkürünü bildirib.Təlimdə Azərbaycan Fermerlər Assosiasiyasının (AFA)  sədri Pərviz İlyasov çıxış edərək kənd təsərrüfatı sahəsində olan yeniliklər, bu sahəyə olan dövlət dəstəyi, subsidiyalar və buna bənzər mövzular haqqında geniş məlumat verərək, iştirakçılar tərəfindən ünvanlanan suallara cavab vermişdir.Təlimçi İsa Şəfiyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi islahatlar, kənd təsərrüfatı ilə əlaqədar olaraq informasiya əldə etmək üçün verilənlər bazasının formalaşdırılması, EKTİS-dən qeydiyyatdan keçmə, subsidiyaların verilməsi və s. aktual mövzularda məlumat verərək, kənd təsərüffatı korporativi nümayəndələrinə məlumat vermişdir.
Təlim iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. 

2 thoughts on “Fermerlər və kənd təsərrüfatı korporativləri nümayəndələrinin iştirakı ilə üçüncü təlim keçirilib

  1. Geri izləmə: bacon999
  2. Geri izləmə: รถพยาบาล

Comments are closed.

Next Post

QHT MƏHKUMLAR ARASINDA KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRMƏ İŞİ APARIR

Ç Sen 30 , 2020
Share on Facebook Tweet it “Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) texniki dəstəyi ilə “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (İMM) COVİD-19 virusu, onun simptomları, profilaktik […]

Əlaqəli yazılar

Kateqoriyalar