QHT MƏHKUMLAR ARASINDA KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRMƏ İŞİ APARIR

2

“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) texniki dəstəyi ilə “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (İMM) COVİD-19 virusu, onun simptomları, profilaktik tədbirlər barəsində maarifləndirmə tədbirləri həyata keçirir.

Tədbirlər azadlığa buraxılmağa hazırlaşan vərəm müalicəsində olan məhkumlar və dispanser şöbədə saxlanılan məhkumlar arasında aparılır.

Belə ki, iyul ayından başlayaraq bu günədək 200-ə yaxın məhkum bu tədbirlərdən bəhrələnmişdir. Məlumatlandırıcı sessiyalar açıq havada və ya qapalı məkanda 6 nəfərlik qruplar şəklində təşkil edilmişdir. Sessiyalar zamanı İSİM tərəfindən təmin edilmiş maarifləndirici materiallardan istifadə edilmiş, təşkilatın öz ehtiyatında olan tibbi qoruyucu maskalardan paylanılmışdır.

“Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva qeyd edib ki, məhkumlar məlumatlandırma işinə həvəslə cəlb olunur və səhiyyə maarifi materiallarına böyük maraq göstərir. “Təşkilatımız tərəfindən İİV/QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi ilə birgə əməkdaşlıq çərçivəsində 2011-ci ildən azadlığa buraxılmağa hazırlaşan vərəm müalicəsində olan məhkumlar üçün hər ay vərəm müalicəsi haqqında da məlumatlandırıcı sessiyalar təşkil edilir. Bundan başqa, 2019-cu ildən bəri Qlobal Fondun dəstəyi ilə Penitensiar müəssisə daxilində yenidən vərəmlə xəstələnmə hallarının qarşısının alınması məqsədilə İMM-in dispanser şöbəsində saxlanılan məhkumlar arasında müntəzəm olaraq məlumatlandırma işi aparılır, onlara sosial dəstək göstərilir”.

2 thoughts on “QHT MƏHKUMLAR ARASINDA KORONAVİRUSLA BAĞLI MAARİFLƏNDİRMƏ İŞİ APARIR

  1. Geri izləmə: Trust Bet
  2. Geri izləmə: auto swiper

Comments are closed.

Next Post

ŞƏHİDLƏR YAD EDİLİB

Ç Noy 4 , 2020
Share on Facebook Tweet it Artıq bildirdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biri olaraq, 31 avqust 2020-ci il tarixdən etibarən “Könüllü ol – Könüllərdə ol” adlı layihənin icrasına başlamışıq. Layihə çərçivəsində (#ŞəhidimİZ aksiyası) ilk olaraq, 19 […]

Əlaqəli yazılar

Kateqoriyalar