Məhəmməd Quluzadə: Xarici maliyyə mənbələrinə çıxış imkanı açıq olmalı, nəzarət isə güclənməlidir – VİDEO

2
Son dövrlər hökumət və QHT sektoru arasında münasibətlərin yeni müstəviyə daxil olunması istiqamətində müxtəlif addımlar atılmaqdadır. Bu ilin əvvəlində qəbul edilən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı xüsusi müddəalar nəzərdə tutulub. Həmin fəaliyyət planına uyğun olaraq müəyyən işlərin icrasına start verilib. Məlumat üçün deyək ki, bu ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 300-ə yaxın QHT rəhbəri ilə onlayn görüş keçirib və QHT-lərin problemləri və təklifləri ilə tanış olub. Hazırda münbit mühitin formalaşması üçün QHT-lər tərəfindən də müxtəlif təşəbbüslər göstərilməkdə davam edir. Bu mənada “Şəmsi Əsədaullayev” xeyriyyə ictimai birliyi də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir. QHT TV-nin əməkdaşı MG Consulting şirkətinin rəhbəri, QHT Qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə ilə görüşərək qeyd olunan mövzu ətrafında onun fikirlərini öyrənib. -Əvvəlcə Məhəmməd Quluzadə rəhbərlik etdiyi “MG Consulting”in fəaliyyəti haqqında məlumat verib. -Müsahibimiz xarici ölkələrin təcrübəsində vətəndaş cəmiyyəti təşkilatların fəaliyyəti ilə bağlı mövcud müxtəlif yanaşmalara da diqqət çəkib. -QHT Qanunvericiliyi üzrə ekspert inkişaf etmiş ölkələrin qanunvericiliyində QHT-lərin yaradılması və qeydiyyatı ilə bağlı müvafiq təcrübədən də söhbət açıb. -Məhəmməd Quluzadənin fikrincə QHT-lərin hesabatlılığı ilə bağlı hökumət differensial yanaşma sərgiləməldir. -Ekspertin fikrinə görə xarici maliyyə mənbələrinə çıxış imkanı açıq olmalı, nəzarət isə güclənməlidir. -Sonda müsahibimiz Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı öz təkliflərini də irəli sürüb

2 thoughts on “Məhəmməd Quluzadə: Xarici maliyyə mənbələrinə çıxış imkanı açıq olmalı, nəzarət isə güclənməlidir – VİDEO

Comments are closed.

Next Post

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair hesabat" müzakirəsi olunub

C Noy 27 , 2020
Share on Facebook Tweet it QHT TV-də Müvəkkil Hüquq Mərkəzi və Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının hazırladığı “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadəyə dair hesabat”ın müzakirəsi keçirilib.Veriliş Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədaullayev”  xeyriyyə ictimai birliyi tərəfindən  həyata […]

Əlaqəli yazılar

Kateqoriyalar