“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 27.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonu Ağköynək və Qarapapaq  kəndlərindən olan  3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdir. Tədbirdə iştirak edən Qazilər Muşviq Eyyubov, Fəqan Nəsibov, Cəfərov Cəfər , Qazax rayon Gənclər və İdman idarəsinin məsləhətcisi Balcanov Osman, könüllü Süleymanov Süleyman  44 günlük Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.
     Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Xaliddin Vaqif oğlu Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Xaliddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Nəsibov noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Qarapapaq  kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” medalı təltif olunmuşdur.2. Şəhid  Alixan Əkbər oğlu Qaragözöv 25.02.1989-cu il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2009-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində döyüş təminatını edərkən avtomobilin dərəyə aşması nəticəsində həlak olmuşdur. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif olunmuşdur.3. Şəhid  Elməddin Yusif oğlu Nəsibov 1983-cü il avqustun 8-də Qazax rayonunun Ağköynək kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda”

Next Post

“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

C Okt 29 , 2021
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 28.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun I Şıxlı və II Şıxlı kəndlərindən olan  8 şəhidimizin məzarları və ailələri  […]

Əlaqəli yazılar

Kateqoriyalar