“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

1

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 28.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun I Şıxlı və II Şıxlı kəndlərindən olan  8 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdir. Tədbirdə iştirak edən Qazilər Xalid Həsənov, Fəqan Nəsibov, Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllü Anar Daşdəmirov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.
     Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua veriblər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.
Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Emil İlqar oğlu Kərimov 1993-cü il sentyabrın 7-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Emil Kərimov 2020-ci il oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” ,”Döyüşdə fərqlənməyə görə” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.2. Şəhid  Elmar Elvar oğlu Omarov 2001-ci il martın 23-də Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Elmar Omarov 2020-ci il noyabrın 9-da Şuşa döyüşlərində şəhid olub. Qazax rayonunun İkinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.3. Şəhid  Rövşən Mahmud oğlu Pənahov 1989-cu il oktyabrın 2-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Rövşən Pənahov 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. III dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi” , “Vətən uğrunda” , “İgidliyə görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.4. Şəhid  Nicat Səməd oğlu Nəsibov 1996-cı il oktyabrın 3-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nicat Nəsibov 2020-ci il oktyabrın 27-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Laçının azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.5. Şəhid  Merik Musa oğlu Mustafayev 1995-ci il noyabrın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Merik Mustafayev 2020-ci il oktyabrın 26-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.6. Şəhid Nəbi Hacıbala oğlu Hüseynov 1992-ci il iyulun 8-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 8-ci sinifdə C.Naxçıvanski adına hərbi liseyə qəbul olunur. Liseyi bitirdikdən sonra isə H.Əliyev adına Ali Hərbi Məktəbdə hərbi təhsilini davam etdirir. Hərbi təhsilini bitirdikdən sonra orduda xidmətə başlayır. Azərbaycan Ordusunun Baş Leytinantı  olan Nəbi Hüseynov 2020-ci il Oktyabrın 9-da Hadrut istiqamətində gedən döyüşlərdə şəhid olur. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” , “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” , “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” , “Xocavəndin azad olunmasına görə” medalları və  “Qarabağ” ordeni ilə təltif olunmuşdur.7. Şəhid Babək Saleh oğlu Həsənov 1990-cı il sentyabrın 14-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Babək Həsənov 2020-ci il noyabrın 4-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” , “Laçının azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.8. Şəhid Davud Taryel oğlu Qurbanov 1996-cı il fevralın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Davud Qurbanov 2020-ci il oktyabrın 3-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

One thought on ““44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

Comments are closed.

Next Post

QHT şəhid ailələrini ziyarət edib

Şb Okt 30 , 2021
Share on Facebook Tweet it https://grant.az/?p=1095/#MjUwNzAxNzUwXzQ “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində 29.10.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Aslanbəyli, Qaymaqlı, Yuxarı Salahlı , Orta Salahlı və Daş Salahlı  kəndlərindən […]

Əlaqəli yazılar

Kateqoriyalar