3 şəhidimizin məzarları və ailələri ziyarət olunub

2

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində    44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonunun Aşağı Əksipara , Soflu  və Qızılhacılı kəndindən olan 3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Qol güləşi və Atıcılıq yarışlarına dəvət edilmişdirlər. Tədbirdə iştirak edən Qazilər  Namiq Alıyev , Əliyev Xəyyam, Eyyubov Muşviq , Fəqan Nəsibov ,Qazax rayon Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov, könüllülər Əliyev Emin və Suleyman Suleymanov Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşmüşlər və vətənpərvər cıxışlar etmişdirlər.  
  Şəhidimizin yaxınları  göstərilən qayğı və diqqətə görə minnətdarlıq bildirdilər və turnirlərə xeyir dua verdilər. Daha sonra şəhidlərimizin məzarları ziyarət olundu və tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.Şəhidlərimizin ailələri keçiriləcək turnirlərin onlar uçun mənəvi dəyəri çox yüksək olduğunu bildirdilər.Ziyarət olunan şəhidlərimiz.1. Şəhid Oruc Afiq oğlu Qasımov 1996-cı il oktyabrın 26-da Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Qasımov 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.2. Şəhid Tahir Niyazi oğlu İsmayılov  1988-ci il yanvarın 30-da Qazax rayonunun Sofulu kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Tahir İsmayılov 2020-ci il oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə” ,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 3. Şəhid Tural Elxan oğlu Məmmədov  1990-cı il sentyabrın 17-də Qazax rayonunun Qızılhacılı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tural Məmmədov 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 11.12.2020-ci il tarixində Qazax rayonunun Qızılhacılı kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

2 thoughts on “3 şəhidimizin məzarları və ailələri ziyarət olunub

  1. Geri izləmə: 88888 คาสิโน
  2. Geri izləmə: คาสิโน 168

Comments are closed.

Next Post

“44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” layihəsi davam edir

Şb Noy 6 , 2021
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Gənclər Fondunun  dəstəyi  ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı  layihəsinin icrası çərçivəsində  05.11.2021-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 3 şəhidimizin məzarları və ailələri  ziyarət olunmuşdur.Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri […]

Kateqoriyalar