Qazaxda Şəhidlərin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir kecirilib

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “44 Günlük Vətən Müharibəsinin Qəhramanlarını Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 16.12.2021-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir Qazax Olimpiya İdman Komplksində kecirilmişdir.
Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.
“Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri,əməkdar məşqci Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır.Vətən Müharibəsi şəhidlərinin qəhramanlıqlarını iştirakçılara catdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı bildirmişdir, gəncləri pis vərdişlərdən uzaq olmağa və bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdır.
Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini,I dərəcəli Qarabağ müharibəsi qazisi Aliyev Namiq Famil oğlunun atıcılıq yarışının önəmi haqda danışdı.
Qazax Rayon Təhsil şöbəsinin əməkdaşı Əliyev Orxan cıxış edərək bu turnirin gənclərin asudə vaxtların səmərəli kecirilməsində önəmi haqda danışdı və turnir iştirakcılarına uğurlar arzuladı.Qazax Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov cıxış edərək iştirakcılara uğurlar arzulamışdır.
Cıxışlardan sonra turnirə start verildi. Turnirdə 19 komandanın 76 iştirakçısı qeydiyyatdan kecmişdir.Qəhramanlar Unudulmur devizi altında kecirilmiş turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və 2 kateqoriya üzrə qaliblər müəyyən olmuşdur .
1 kateqoriya gənclər komandası arasında kecirilmişdir.Gənclər komandası arasında kecirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
I yer – Dəmircilər komandası (51 xal)
II yer – Ağköynək komandası (47 + 21 xal)
III yer –4 saylı məktəb (47 +12 xal)
2 kateqoriyada gənclər fərdi şəkildə öz atıcılıq qabiliyyətlərini sınamışdırlar. Gənclər arasında kecirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
I yer – Hüseynov Səbuhi (27 xal)
II yer – Carçıyev Emin (25 xal)
III yer – Nəbiyev İlkin (24 xal)
Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.
Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar və şəhid ailə üzvləri Azərbaycan Respublikasının Gənclər Fonduna turnirə dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildirmişdirlər və belə turnirlərin tez tez kecirilməsini arzulamışlar.
Turnir cərcivəsində 98 nəfər birbaşa və 1840 nəfər isə dolayısı ilə bəhrələnmişdirlər.
Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili,onların sağlam həyat tərzini secmələrinə təkan vermişdir.

Next Post

Qazaxda “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” layihəsi icra olunur

Be Fev 28 , 2022
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin məzarları 6 gün müddətində ziyarət olunacaqdır. 28.02.2022-ci il tarixdə 44 Günlük Vətən […]

Əlaqəli yazılar

Kateqoriyalar