QHT Agentliyinin dəstəyi ilə Qazax rayonunda vətənpərvərlik layihəsi icra olunur

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 04.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayon Ağköynək, Qarapapaq , Xanlıqlar  kəndlərindən və Qazax rayonundan olan 7 şəhidimizin məzarları ziyarət olunmuşdur.

Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Atıcılıq və Mini futbol yarışlarına dəvət edilmişdir. Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh, Qol güləşi üzrə Avropa cempionu Mustafayev İsmayıl, və digər qonaqlar zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.

Tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.

 

   Ziyarət olunan şəhidlərimiz.

1. Şəhid Xaliddin Vaqif oğlu Nəsibov 1998-ci il iyulun 17-də Qazax rayonunun Qarapapaq kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı olan Xaliddin Nəsibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xaliddin Nəsibov noyabrın 5-də Xocavənd döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Qarapapaq  kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” medalı təltif olunmuşdur.

2. Şəhid  Alixan Əkbər oğlu Qaragözöv 25.02.1989-cu il tarixdə Qazax rayonu Ağköynək kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2009-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. 28.01.2021-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində döyüş təminatını edərkən avtomobilin dərəyə aşması nəticəsində həlak olmuşdur. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medallarla təltif olunmuşdur.

3. Şəhid  Elməddin Yusif oğlu Nəsibov 1983-cü il avqustun 8-də Qazax rayonunun Ağköynək kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında 2014-cü ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” ,”Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

4. Şəhid Pərvin İsgəndərov Pərviz oğlu 1995-ci il iyunun 25-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub . Atası — Pərviz İsgəndərov da şəhiddir. Azərbaycan Ordusunun çavuşu olan Pərvin İsgəndərov 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Qarahəsənli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” , “Füzulinin azad olunmasına görə”medalları ilə təltif olunmuşdur.

5. Şəhid Oruc Afiq oğlu Qasımov 1996-cı il oktyabrın 26-da Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Oruc Qasımov 2020-ci il oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” ,

“Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

6. Şəhid İmamverdi Yoloğlu oğlu  1989-cu il mayın 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub. 2004-2007-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsilini davam etdirib. Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan İmamverdi İsmayılov 2020-ci il sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” medalla və  3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunmuşdur.

7. Şəhid Sərxan Elxan oğlu Abdullayev  1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Sərxan Abdullayev 2020-ci il sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında dəfn olunub. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli , “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

 

Next Post

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi vətənpərvərlik layihəsini davam etdirir

Bz Mar 6 , 2022
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 05.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayon Hüseynbəyli,Canallı, Çaylı, Bala Çaylı kəndlərindən və Qazax rayonundan olan  10 şəhidimizin məzarları ziyarət olunmuşdur.   […]

Kateqoriyalar