“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi vətənpərvərlik layihəsini davam etdirir

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 05.03.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayon Hüseynbəyli,Canallı, Çaylı, Bala Çaylı kəndlərindən və Qazax rayonundan olan  10 şəhidimizin məzarları ziyarət olunmuşdur.
 
Ziyarət zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər  layihə, donor haqda ətraflı məlumat vermişdir.Şəhidlərin ailə üzvlərini Şəhidlərin xatirəsinə həsr olunmuş Atıcılıq və Mini futbol yarışlarına dəvət edilmişdir. Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini, I dərəcəli Qarabağ müharibəsi qazisi Aliyev Namiq, Qol güləşi üzrə Avropa cempionu Mustafayev İsmayıl və digər qonaqlar zəfər yolu haqda fikirlərlərini bölüşmüş və vətənpərvər cıxışlar etmişdirlər.Tədbirdə iştirak edən  QMİ–nin  Qazax rayon Daş Salahlı kənd məscidinin imamı Xəlilov Sərxan Şəhidlərimiz ücün dualar etdi.
 
     Ziyarət olunan şəhidlərimiz.
1. Şəhid İlkin Bəxtiyar oğlu Əliyev  2001-ci il fevralın 26-da Qazax rayonunun Canalı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İlkin Əliyev 2020-ci il 15 noyabrda Şuşa döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseyinbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” ,
“Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
2. Şəhid Röyal Şahin oğlu Mədətov   1992-ci il mayın 14-də Qazax rayonunun Hüseynbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseynbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “İgidliyə görə” , “Xocavəndin azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
3 Şəhid Elvin Rövşən oğlu Orucov  1991-ci il dekabrın 18-də Qazax rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin giziri olan Elvin Orucov 2020-ci il sentyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseinbəyli  kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
4. Şəhid İlqar Yaşar oğlu Hüseynov 1981-ci il sentyabrın 14-də Qazax şəhərində anadan olub. Azərbaycan Ordusunun əsgəri İlqar Hüseynov 2020-ci il sentyabrın 28-də Ağdam rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Qazax rayonunun Hüseyinbəyli kənd qəbiristanlığında dəfn olunub. “Vətən uğrunda”  “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur 
 
5. Şəhid Xaliddin Zəkər oğlu Veyisli 1988-ci il noyabrın 2-də Qazax şəhərində anadan olub. Azərbaycan Ordusunun çavuşu olan Xaliddin Veyisli 2020-ci il oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Hüseyinbəyli kənd qəbiristanlığında dəfn olunub . “Vətən uğrunda” , “Döyüşdə fərqlənməyə görə” ,”Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
 
6. Şəhid Səbuhi Hümbət oğlu Məmmədov 1995-ci il martın 6-da Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində “gizir” hərbi rütbəsində xidmət edirdi. Vətən müharibəsi zamanı Oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Kəlbəcərin azad olunmasına görə”,”Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur 
 
7. Şəhid Niftalı Zakir oğlu Qocayev1994-cü il noyabrın 20-də Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Niftalı Qocayev Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayıl istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib. Noyabrın 1-də Füzuli döyüşləri zamanı şəhid olub. Qazax rayonunun Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Füzulinin azad olunmasına görə” ,”Xocavəndin azad olunmasına görə” , “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
 
8. Şəhid İsmayıl Nəbi oğlu Qəsəbov 1991-ci il iyulun 6-da Qazax rayonunun Çaylı kəndində anadan olub. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan İsmayıl Qəsəbov Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə noyabrın 7-də şəhid olub.  Qazax rayonunun Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Şuşanın azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” ,  “Xocavəndin azad olunmasına görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
9. Şəhid Sakit Şahin oğlu Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Sakit Allahverdiyev Vətən müharibəsi zamanı. Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur . Qazax rayonu  Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Hərbi xidmətlərə görə” , “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
 
10. Şəhid  Əvəz Elnur oğlu Məmmədov 2001-ci il iyunun 1-də Qazax rayonunun Bala Çaylı kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əvəz Məmmədov Vətən müharibəsi zamanı oktyabrın 7-də Ağdam istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonu  Çaylı kəndinin qəbiristanlığında dəfn edilmişdir. “Vətən uğrunda” , “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Next Post

<p><strong>“Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Zəfər kuboku”na start verilib <span style="color:#ff0000">- FOTOLAR</span></strong></p>

Ç Mar 9 , 2022
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Zəfər kuboku” intellektual turniri layihəsi çərçivəsində intellektual yarışlara start verilib. QHT.az xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin tərəfdaşlığı ilə Qazax Gənclər Evində keçirilən yarışın […]

Kateqoriyalar