Qazaxda şəhidilərin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir kecirilib – FOTO

1
“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində  31.03.2022-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir Qazax Olimpiya İdman Komplksində kecirilmişdir.
          Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi  bir dəqiyqalıq sükütla yad edildi.
     “Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır.Vətən Müharibəsi şəhidlərinin qəhramanlıqlarını iştirakçılara catdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı bildirmiş və  gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdır.
        Tədbirdə iştirak edən Vətən Müharibəsi Qazisi,ehtiyatda olan zabit polkovnik leytinant Mustafayev Valeh , Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictamai birliyinin Qazax rayon Sədr müavini  Qarabağ müharibəsi qazisi Aliyev Namiq Famil oğlu atıcılıq yarışının önəmi haqda danışdı.
    Qazax Rayon Təhsil şöbəsinin əməkdaşı Əliyev Orxan cıxış edərək bu turnirin gənclərin asudə vaxtların səmərəli kecirilməsində önəmi haqda danışdı və turnir iştirakcılarına uğurlar arzuladı.   Cıxışlardan sonra turnirə start verildi. Turnirdə 38 komandanın 140 iştirakçısı qeydiyyatdan kecmişdir.Qəhramanlar Unudulmur devizi altında kecirilmiş  turnir gərgin idman mübarizəsi şəklində davam etmiş və iki kateqoriya üzrə qaliblər müəyyən olmuşdur .
     1 kateqoriya gənclər komandası arasında kecirilmişdir.Gənclər komandası arasında kecirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
I yer – Qazax 1 saylı məktəb komandası ( 67 xal )
II yer – Daş Salahlı 2 saylı məktəb komandası ( 59  xal )
III yer –Xanbağı (Kəmərli) komandası  ( 57 xal )
     2 kateqoriyada gənclər fərdi şəkildə öz atıcılıq qabiliyyətlərini sınamışdırlar. Gənclər arasında kecirilən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
I yer – Əmiraslanov ismayıl (27+10 xal)
II yer – Abdurahimov Onurcan (27+8 xal)
III yer – Hacalıyev Ramil  (26 xal)
Qaliblər medal və diplomlarla ilə mükafatlandırılmışdırlar.
Turnirdə iştirak edən qonaqlar fərqlənən idmancıların mükafatlandırılmasında iştirak etdilər. Turnir sonunda iştırakcılar və şəhid ailə üzvləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə turnirə dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildirmişdirlər və belə turnirlərin tez tez kecirilməsini arzulamışlar.
Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili,onların sağlam həyat tərzini secmələrinə təkan vermişdir.

One thought on “Qazaxda şəhidilərin xatirəsinə həsr olunuş Atıcılıq üzrə turnir kecirilib – FOTO

  1. Geri izləmə: mushroom spores australia

Comments are closed.

Next Post

Agentliyin dəstəyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə start verilib

Ç Apr 6 , 2022
Share on Facebook Tweet it “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində  04.04.2022-ci il tarixdə  44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə […]

Əlaqəli yazılar

Kateqoriyalar