“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 04.04.2022-ci il tarixdə 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə Qazax Olimpiya İdman Kompleksində start verilmişdir.
Tədbirin acılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edildi.
“Gəncliyin Təşəbbüsü”Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır.Vətən Müharibəsi şəhidlərinin qəhramanlıqlarını iştirakçılara catdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı bildirmiş və gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşqul olmağa cağırmışdır.
Turnirdə 8 komanda qeydiyyatdan kecmişdir:
1.Şəhər №4
2.Aşağı Salahlı
3.Şəhər №1
4.Qazaxbəyli
5. Orta salahlı
6. Şəhər 2
7. Məktəb-licey
8.Kosalar.
Turnirin ilk günündə 1 mərhələdə 4 komanda güclərini sınamışdırlar.Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıda kı kimi olmuşdur:
1) Şəhər №1 – Orta Salahlı 3-0
2) Şəhər №2 – Aşağı Salahlı 8-0
Şəhər №1 və Şəhər №2 komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdırlar.
05.04.2022-ci il tarixdə 2 mərhələ oyunları keciriləcəkdir.
11 thoughts on “Agentliyin dəstəyi ilə şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnirə start verilib”
Comments are closed.