“Qəhramanlar Unudulmur” devizi altında kecirilən mini futbol turniri başa catdı

3
04-08.04.2022-ci  il tarixlərdə  “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Vətən Müharibəsi Şəhidlərini Tanıyaq və Tanıdaq” adlı layihəsinin  icrası çərçivəsində 44 Günlük Vətən Müharibəsi zamanı Qazax rayonundan olan 51 şəhidimizin xatirəsinə həsr olunmuş mini  futbol üzrə turnir keçirilmişdir. 
08.04.2022-ci il tarixdə turnirin  acılışı və final ğörüşləri kecirilmişdir.İlk öncə Azərbaycan Respublikasının suverenliyi və Qarabağ müharibəsində şəhid olmuş bütün qəhramanların xatirəsi bir dəyqalıx sükütla  yad edildi.Daha sonra cıxış edən  layihənin rəhbəri, Əməkdar məşqçi Azər Əliyev turnir və donor haqda ətraflı məlumat verərək final iştirakçılarına uğurlar arzulayıb.
Qarabağ müharibəsi Əlilləri,Veteranları və Şəhid ailələri ictamai birliyinin Qazax rayon üzrə sədri Balayev Xasay,Veteran Məmmədov Azər,qazi Alməmmədov Kamran  cıxış edərək şəhidlərimizin şərəfli yolu haqda danışmış və vətənpərvər cıxışlar edərək gənclərə uğurlar arzulamışdırlar.
Cıxışlardan sonra final ğörüşünə start verildi. Gərgin idman mübarizəsi şəklində kecən görüşlərin nəticəsi aşağıdakı kimi olmuşdur:
        Ücüncü yer uğrunda görüş –      Şəhər №2    4 – 4    Qazaxbəyli    (pen  4-1)
        Birinci yer uğrunda görüş  –      Şəhər №1    4 –  3   Kosalar
 Yekun nəticələr:
                I  yer – Şəhər №1
               II yer  – Kosalar
              III yer – Şəhər №2
  Turnir sonunda iştırakcılar və şəhid ailə üzvləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dəstək verdikləri ücün öz minnətdarlıqlarını bildirmişdirlər və belə turnirlərin tez tez kecirilməsini arzulamışlar.

3 thoughts on ““Qəhramanlar Unudulmur” devizi altında kecirilən mini futbol turniri başa catdı

  1. Geri izləmə: auto transporters
  2. Geri izləmə: bonanza178

Comments are closed.

Next Post

QHT qadın və qızların peşə təhsili ilə bağlı Lerik və Astarada layihə icra edəcək

Ça Sen 13 , 2022
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il üçün keçirdiyi kiçik qrant müsabiqəsinin qalibi olmuşdur. QHT.az xəbər verir ki, İctimai Birlik “Regionlarda qadın və qızların peşə təhsili sahəsində maarifləndirilməsi, onların iqtisadi asılılığının aradan qaldırılması məqsədilə sahibkarlığa cəlb olunmasına dəstək” adlı layihəni 01.09.2022-01.11.2022-ci il […]

Kateqoriyalar