“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kənddə sakinlərlə görüş nəzərdə tutulmuşdur.
Layihənin ilk günündə 20.09.2022-ci il tarixdə Qazax rayonunun Ağköynək kəndində sakinlərlə görüş kecirilmişdir.
Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda insanların xüsusəndə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədi ilə idman yarışlarının, gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.
Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuş şöbəsinin məsləhətçisi Eşqin Allahverənov və Qazax RiH-nin Ağköynək kənd İƏD-si üzrə nümayəndəsi Vadim Əmiraslanov mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.
Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.