QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edib

2

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kəndində sakinlərlə görüş nəzərdə tutulmuşdur.

Layihənin beşinci tədbiri Qazax rayonunun Yuxarı Salahlı kəndində keçirilmiş və həmin kəndin sakinləri ilə görüşülmüşdür.

Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda insanların xüsusəndə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədi ilə idman yarışlarının , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

Daha sonra ardıcıllıqla cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Zeynalov Çingiz və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar.

Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirin sonunda xatirə şəkilləri cəkdirildi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2 thoughts on “QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edib

Comments are closed.

Next Post

QHT “Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edir

Bz Sen 25 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1474/#NjU2NTY1Ni0zMDB “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kəndində sakinlərlə görüş nəzərdə tutulmuşdur. Layihənin altıncı tədbiri Qazax rayonunun Orta Salahlı kəndində keçirilmiş və həmin kəndin sakinləri ilə […]

Əlaqəli yazılar

Kateqoriyalar