QHT Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edir

5

“Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Narkotiksiz Sağlam Həyat” adlı layihəsinin icrası çərçivəsində Qazax rayonunun 7 secilmiş kənddə (Ağköynək,Xanlıqıar,Birinci Şıxlı, İkinci Şıxlı , Yuxarı Salahlı , Orta Salahlı və Kosalar)
20-27.09.2022-ci il tarixlərdə sakinlərlə görüş keçirilmişdir.

Görüş zamanı cıxış edən “Gəncliyin Təşəbbüsü” maarifləndirmə ictimai birliyinin sədri və layihə rəhbəri Əliyev Azər layihə, donor, gələcək tədbirlər haqda ətraflı məlumat vermiş və bildirmişdir ki , Qazax rayonunda insanların xüsusəndə gənclərin narkomaniyaya qarşı maarifləndirilməsində kütləviliyə nail olmaq və sağlam həyat tərzinin təbliği məqsədi ilə idman yarışlarının , gənclərin asüdə vaxtlarının səmərəli təşkili,onlarin sağlam həyat tərzini seçməyə kömək olmaq və bədən tərbiyəsi, idmana yönəltmək layihənin əsas məqsədidir.

Daha sonra görüşlərdə iştirak edib cıxış edənlər Qazax Rayon İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdirinin müavini Rüstəmov Ceyhun, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov , QMİ-nin zona Qazisi İlham Suleymanov , Qazax RiH-nin Ağköynək kənd İƏD-si üzrə nümayəndəsi Vadim Əmiraslanov , Qazax RiH-nin Xanlıqlar kənd İƏD-si üzrə nümayəndəsi müavini Ərəstun Məmmədov , Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov , Qazax RiH-nin Birinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi müavini Çərkəz Adığözəlov , İkinci Şıxlı kənd İƏD-si üzrə nümayəndəsi Natiq Qədimov , Yuxarı Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Zeynalov Çingiz , Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsi Xəlilov Azim ,Orta Salahlı kənd İƏD-si üzrə nümayəndəsinin müavini Nəsibov Ramin, Kosalar kənd İƏD-si üzrə nümayəndəsi Əmirov Bəxtiyar , Kosalar kənd İƏD-si üzrə nümayəndəsinin müavini Məmmədzadə Adil və layihənin könüllüsü Qol üləşi üzrə avropa cempionu Mustafayev İsmayıl mövzu üzrə cıxışlar etdilər və layihənin önəmi haqda ətraflı danışdılar. Görüşlərdə ümumilikdə 130 nəfər iştirak etmişdir.

Kənd sakinlərinin narkomaniyaya qarşı mübarizədə fikirləri və təklifləri dinlənildi. Tədbirlərin sonunda xatirə şəkilləri cəkdirildi.

5 thoughts on “QHT Narkotiksiz Sağlam Həyat” adlı layihəsini icra edir

  1. Geri izləmə: bacon999
  2. Geri izləmə: psilocybin mushroom spore
  3. Geri izləmə: naga356

Comments are closed.

Next Post

Vətən Müharibəsi Qəhrəmanın adını daşıyan liseydə ekoloji tədbir keçirilib - FOTO

C Sen 30 , 2022
Share on Facebook Tweet it https://grant.az/?p=1503/#RFNDXzAwMjYtMzA Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun adını daşıyan Peşə liseyində əsasən kənd təsərrüfatı ixtisasları öyrədilir. Liseyin məzunları bütün gələcək fəaliyyətləri boyu ətraf mühitlə, hava, su, torpaqla müxtəlif münasibətlərdə olacaqlar.   Ona görə də liseyin şagirdləri arasında “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan […]

Əlaqəli yazılar

Kateqoriyalar